Səngərlər adamların paltarları və dərisinin səthinə ZM damcılarının, bakterial və
yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır.
Lakin nəzərə almaq lazımdır ki,
hatta üstü örtülü səngər belə, ZM və bakterial
vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda fərdi
mühafizə vasitələrindən istifadə etmək lazımdır. Çoxlu adam olan, yaxud onların
yığışacağı ehtimal edilən hər yerdə:
bütün müəssisələrin, təşkilatların, idarələrin,
kommunal təsərrüfatı obyektlərinin ərazisində, yaşayış sahələrində,
köçürmə üzrə
toplanmış məntəqələrində, stansiyalarda, aeroportlarda, nəqliyyata minmə və düşmə
məntəqələrində, aralıq köçürmə məntəqələrində və digər belə yerlərdə sadə
daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır.
Sadə daldalanacaqların üstün cəhətləri bunlardır:
• konstruksiyaları sadədir;
• tikinti materialları (əlaltında olan yardımçı materialları) asan əldə edilir;
• işlərin həcmi az olur;
• sadə daldalanacağın mühafizə xassələrini radiasiya əleyhinə daldalanacağın
xassələri səviyyəsinə çatdırmaq mümkündür.
Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.
Sadə
daldalanacaqlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif
yerlərdə: şəhərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə
bağlarda, bostan yerlərində və digər sahələrdə düzəldilə bilər. Belə sahələr elə
seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.
Xəndəklər adamların bir və ya iki cərgədə yerləşdirilməsi üçün nəzərdə tutula
bilər.Adamlar bir cərgədə yerləşdirilən xəndəyin dərinliyi 180-200 sm, eni xəndəyin
yuxarı hissəsində 100-120 sm, aşağıda isə 30-90 sm olan xəndəkdən ibarət olur.
Örtülü səngərin tikintisi iki mərhələdə yerinə yetirilir: birinci mərhələdə onun xəndək
hissəsi qazılır və avadanlaşdırılır, ikinci mərhələdə üstü örtülür və torpaqla bərkidilir.
Xəndəklər, hərəsinin uzunluğu 10-15 m olan və bir-birinə nisbətən bucaq altında
yerləşən bir neçə düzxətli formasında düzəldilir. Tikintinin
birinci mərhələsində
ərazidə xəndəyin yeri müəyyən edilir və iplə nişanlanır. Sonra nişanlayıcı ip xətləri
üzrə torpağı qazır və tədricən xəndək dərinləşdikcə onun nişanlanmış xəttədək
genişləndirirlər. Xəndəyin bir və ya hər iki divarında torpaqdan oturacaq yeri
düzəldirlər. Xəndəyin dibi boyu suaxıdan arx qazırlar ki, o da giriş yerinin qarşısında
su yığılan çala ilə qurtarır.Divarlarda həmçinin ərzaq, su qabları, dərmanlar saxlamaq
üçün rəflər düzəldirlər.
Divarlar taxta, çırpı, qamış və s. materiallar vasitəsilə bərkidilir. Xəndəyin
üstünü atmalarla, yaxud kiçik ölçülü dəmir-beton dirəklərlə örtürlər.Üstdən
hidroizolyasiya qatı – tol, ruberoid, xlorvinil plyonka döşəməklə və ya gildən suvaq
çəkməklə bağlayır, sonra da onun üstünə 50-60 sm qalınlıqda torpaq tökürlər.
Giriş yeri tərəfdən xəndəyin bir hissəsini taxta qapı və ya qalın pərdə vasitəsilə
əsas hissədən ayıraraq orada çıxarıla bilən qapaqlı ayaqyolu düzəldirlər.Giriş yeri
düzxətli hissəyə nisbətən 90°-li bucaq altında qazılır, bu zaman tutumu 20
nəfərlik
olan səngərdə bir, bundan artıq tutumlu səngərdə iki iri giriş yeri (xəndəyin hər iki
tərəfində) nəzərdə tutulur.
Səngərə giriş yerini qapısı olan pilləli maili eniş formasında düzəldirlər.Onun
uzunluğu 2-2,5 m götürülür və üstündə 70-80 sm enində sipər düzəldilir.
Səngərə giriş yerlərində qoruyucu qapılar qoyulur.Üst örtük və divarlar 70-80
sm qalınlıqda torpaq qatının ağırlığından yaranan yükə, torpağın yandan təzyiqinə və
zərbə dalğasının torpağın səthinə göstərdiyi 0,5-1,0 kQ
izafi təzyiqə davam
gətirməlidir.
Ventilyasiya səngərin baş tərəflərində qoyulan havaverici və sorucu qutular
vasitəsilə təmin edilir.Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20 20 sm olur.
Havaverici qutunun aşağı ucunda siyirtmə qapaq və tozəleyhinə süzgəc quraşdırılır.
Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən, adamlar
bir cərgədə yerləşdirilən 10 nəfərlik səngər tikmək üçün tələb olunan təqribi əmək
sərfi və tikinti materialları norması belədir: əmək sərfi 80-10
adam-saat; meşə
materialı (eyni diametrli atmalar şəklində) –2 kub m; taxta (çırpı) -1,3-1,5 kub m; lif
(mamır) –3,4 kq; tol (ruberoid) -20 kv.m; müxtəlif ölçülü mismar -0,3-0,5 kq; məftil -
2-3 kq.Texnikadan istifadə edilərkən: təxmini əmək sərfi 6-8 adam/saat, ekskavatorun
işi -0,5-1 maş/saat; avtokranın işi 1maş/saat.
Sadə daldanacaqlarda da işıqlandırma vasitələri olmalıdır.
Dostları ilə paylaş: