Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə73/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   69   70   71   72   73   74   75   76   ...   97
Mülki müdafiə-converted

İndikatorlar – radiasiya kəşfiyyatı üçün ən sadə cihazdır, bu cihazlar vasitəsilə 
şüalanmaları aşkar etmək olur. Bu cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik 
sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını 
təyin etmək mümkündür. Belə cihazlarda verici olaraq qazboşalma sayğacı tətbiq 
edilir. Cihazların bu qrupuna DP-63, DP-63A, DP-64 indikatorları aid edilir. 
Rentgenmetrlər – rentgen şüalarının və ya γ-şüalanma dozalarının gücünü 
ölçmək üçündür. 
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz 
rentgen saata (R/s) qədərdir. 
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları 
tətbiq edilir. DP-3B, Kaktus, İMD-1, İMD-21, DP-5A rentgenmetrləri belə 
cihazlardır. 
Radiometrlər – müxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın, 
əsasən alfa və betta hissəcikklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu 
zəhərlənmənin dərəcəsini təyin etmək üçün nəzərdə tutulmuşdur. 
Radiometr vasitəsilə az səviyyəli γ-şüalanmanı da ölçmək mümkündür. KRK, 
KRBP cihazı, «Luç-A» beta-qamma radiometri, «Tiss» radiometri DP-100M, DP-
100ADM radiometrik qurğuları və s. belə cihazlardır. 
Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi 
heyətin aldığı ümumi şüalanma dozalarını təyin etmək üçündür. 
Fərdi dozimetrlər kiçik ölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən 
ibarətdir. 


Kameralar komplektindən və doldurma-ölçmə tərtibatından ibarət cihaz dəstinə, 
fərdi dozimetrik nəzarət komplekti deyilir. Onların DK-02, DP-22V, DP-24, İD-1, 
İD-11 və s. kimi növləri olur.
Ölçülən şüalanmanın növünə görə, cihazları qamma şüalanmanı ölçən, alfa və 
betta hissəciklərini ölçən cihazlara ayırmaq mümkündür. 
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə, dozimetrik qurğular iki 
qrupa ayrıla bilər.Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən 
şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik 
siqnallarına çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndirici 
rolunu oynayır. 
İkinci qrup dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən 
şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan 
gücləndirici və çevirici rolunu oynayır. 
Müasir dozimetrik cihazların hamısı ionlaşdırma metodu əsasında işləyir. 
Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir: 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin