Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?



Yüklə 245,85 Kb.
səhifə16/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Mülki Müdafiə (semestr)

31.Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən insanlar hansı tərzdə fəaliyyət göstərməlidirlər, FH zamanı əhalinin mühafizəsinin əsas üsulları hansılardır ?
FH təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərilməlidir:
1. kütləvi məlumat vasitələri (radioprotektoru- qəbuledicini) daimi şəbəkəyə qoşulu saxlamalı;
2. şəhərdən kənar zonaya köçürülməyə hazırlaşmalı;
3. FH etimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirilməli, kənd yerlərində radiasiya əlehinə daldalanacaq düzəltməyə başlamalı;
4. Fərdi və tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçun hazırlamalı.
FH zamanı əhalinin mühafizəsinin əsas üsulları:
a) mühafizə gurğularında daldalanmaq;
b) fərdi mühafizə vasitələrindən istifadə etmək;
c) iri və təhlükəli şəhərlərdən əhalini şəhərdənkənar təhlükəsiz zonaya köçürməkdən ibarətdir


32.Kollektiv mühafizə qurğuları nə üçündür və hansı xassələrinə görə təsnif edilir?
FH-da əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə gurğularınıninşaatıdır.MM-nin mühafizə qurğuları FH-da insanların daldalanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədiilə istifadə edilməlidir.FH-lar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, mühafizə xassəsinə görə belə təsnif edilir:
1) Təyinatına görə :
a) idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
b) əhalinin mühafizəsi üçün qurğular;
c) tibb məntəqəsi və sanitariya qovşaqları.
2) yerləşdirilməsinə görə:
a) bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birnici mərtəbələrində, sənaye müəssələrinin yeraltı mərtəbələrində və yardımçı binalarında);
b) Binadan ayrı tikilən qurğular.
3) tikilmə muddətlərinə görə:
a) əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrufat obyektlərini planları üzrə tikilən);
b) əsaslı tikinti və rekonstruksiya prosesində tikilən qurğular;
c) teztikiləngurğular.
4) Yüklənən konstruksiyaların materialına görə:
a) dəmir-beton konstruksiyalı qurğular;
b) daş divarlı qurğular;
c) meşə materiallarından hazırlanmış konstruksiyalı gurğular.
5) Mühafizə xassələrinə görə:
a) sığınacaqlar;
b) radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar);
c) sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları çatışmadıqda).


33.Sığınacaq nədir və orda insanların daldalanması üçün 2 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü neçə m olmalıdır, hər adamın oturması üçün neçə kv.m, uzanması üçün nə qədər yer və hər adam üçün neçə kub m hava nəzərdə tutulur?
Sığınacaq – orada sığınan insanların nüvə partlayışının zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanığın məhsullarının təsirindən muhafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən və ayrı tikilən növləri ola bilər.
a) zirzəmidə .
b) yarım zirzəmidə,
c) binanın 1-ci mərtəbəsində
Sığınacaqlarda insanların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 m2, ümumi sahəsi isə 75 m2-dən az olmamalıdır. 2 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü 2.15 m-dən 2.9 m-dək, hər adamin oturması üçün 0.5 m2, uzanması üçün isə 0,55 x 1.80 m hesabı ilə yer nəzərdə tutulur . 3 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü 2.9 m-dən 3.5 m-dək, hər adamın oturması üçün 0.4m2 , uzanması üçün isə 0,55 x 1.80 m hesabı ilə yer nəzərdə tutulur.Otaqlardakı daxili havanın həcmi hər adam üçün 1.5 m3 hava nəzərdə tutulur.


34.Sığınacaqda insanların daldalanması üçün 3 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü neçə m olmalıdır, hər adamın oturması üçün neçə kv.m, uzanması üçün nə qədər yer nəzərdə tutulur. Sığınacaqdakı otaqlar təyinatına görə neçə qrupa bölünür və hansılardır ?
Sığınacaqlarda insanların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 m2, ümumi sahəsi isə 75 m2-dən az olmamalıdır. 2 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü 2.15 m-dən 2.9 m-dək, hər adamin oturması üçün 0.5 m2, uzanması üçün isə 0,55 x 1.80 m hesabı ilə yer nəzərdə tutulur . 3 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü 2.9 m-dən 3.5 m-dək, hər adamın oturması üçün 0.4m2 , uzanması üçün isə 0,55 x 1.80 m hesabı ilə yer nəzərdə tutulur.Otaqlardakı daxili havanın həcmi hər adam üçün 1.5 m3 hava nəzərdə tutulur.
Sığınacaqdakı otaqlar təyinatına görə 2 qrupa bölünür:
1) əsas təyinatlı otaqlar:
a) sığınma otaqları ,
b) idarəetmə məntəqəsi ,
c) tibb məntəqəsi .
2) yardımçı təyinatlı otaqlar:
a) süzgəcli ventillyasiya otağı ,
b) balonlar otağı (havanı oksigenlə zənginləşdirməküçun balonlar) ,
c) sanitariya qovşaqları ,
d) su təchizatı ,
e) drenaj suvurma stansiyası ,
f) dizel elektrik stansiyası otağı ,
g) sığınacağın elektrik təchizatı ,
h) elektrik lövhəsi otağı ,
i) ərzaq saxlanılan ambarlar ,
j) tambur şlüzlər ,
k) mühafizə edilən giriş və çıxış qapıları .



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin