Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


Fövqəladə hallarda əhalinin mühafizəsində məqsəd nədir, mühafizənin əsas prinsipləri hansılardır ?



Yüklə 245,85 Kb.
səhifə15/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
Mülki Müdafiə (semestr)

29.Fövqəladə hallarda əhalinin mühafizəsində məqsəd nədir, mühafizənin əsas prinsipləri hansılardır ?
Əhalinin mühafizəsində məqsəd- fövqəladə hallarda insanların həyatının qorunması üçün lazımi şəraitin yaradılması, insanların zəhərlənməsinin qarşısının alınması və ya zədələnmə ehtimalının mümkün qədər azaldılması, əhalinin mühafizəsinin səmərəli təşkil edilməsi, mühafizənin prinsiplərinin və üsullarının düzgunseçilməsindədir. Bu prinsiplər aşağıdakılardır:
1. mühafizə Az.R-nın bütün ərazisində istehsalat prinsipi üzrə təşkil edilir. R-nın bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, sülh və müharibə dövrlərində yerinə yetirilir.
2. Əhali yerləşən rayonların hərbi- siyasi və təbii xarakterindən, burada etimal edilən FH-ın növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbrləri fərqli sürətdə planlaşdırılır və həyata keçirilir.
3. Bu məqsədlə, sulh dövründə baş verə biləcək FH-ın xarakteri və miqiyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanlarını nəzərə almaqla respublikanın ərazisi zonalara ayrılır. Mülkü müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.


30.Sülh dövründə fövqəladə hallardan əhalinin mühafizəsi üçün hansı tədbirlər daha vacib əhəmiyyətə malikdir ?
Sülh dövründə FH-dən əhalinin mühafizəsi uçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir:
a) etibarlı xəbərdarlıq sisteminin yaradılması;
b) mühafizə qurğuları ehtiyatlarının yaradılması;
c) kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdən kənar təhlükəsiz zonanın hazırlanması;
d) əhalinin fərdi mühafizə vasitələri ilə təmin edilməsi;
e) mühafizə üsullarının əhaliyə ümumi və icbari sürətdə öyrədilməsi;
f) ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi;
g) radiasiya , kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;
h) sanitariya- gigiyeniya tədbirlərinin və radiasiya əlehinə tədbirlərin həyata keçirilməsi.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin