Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?



Yüklə 245,85 Kb.
səhifə23/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
Mülki Müdafiə (semestr)

Fərdi sarğı zərfi (IPP-1) - yaralara , yanıq yerlərinə sarğı qoymaq , habelə bəzi növ qanaxmaları dayandırmaq üçün istifadə edilir
Fərdi sarğı zərfi antiseptik məhlul (sulema) ilə hopdurulmuş və tənzifə bərkidilmiş 2 preslənmiş pambıq-cuna döşəkçəsindən ibarətdir. Döşəkçələrdən biri tərpənməz olduğu halda, digərini tərpətmək mümkündür. Tənzif və döşəkçələr iki örtükdə yerləşir: daxili - kağız örtük və xarici – rezinləşdirilmiş parça örtük. Paketin örtükləri onu mikrob və radioaktiv maddələrin düşməsindən etibarlı şəkildə qoruyur.
SARĞI QOYULARKƏN:
1.Yaraya əllə toxunmaq, oraya düşən ğeyim parçalarını, qəlpələri və digər yad cisimləri çıxarmağa çalışmaq, yaranı yumaq olmaz;
2.İmkan olarsa yaranın kənarlarını və ya ətrafındakı dərini yod məhlulu ilə sürtməli və yalnız bundan sonra yara üzərinə sarğı qoyulmalıdır;
3.Sarğının yara ilə təmasda olan hissəsinə əllə, və ya başqa bir şeylə toxunmaq olmaz.


47.Qan dövranı necə baş verir və qanaxmalar neçə cür olur, qanaxmalar zamanı ilk tibbi yardım necə göstərilir?
QANAXMALAR ZAMANI İLK TİBBİ YARDIM. İnsanın bütün orqan və toxumalarında daima ətraf mühitlə orqanizmin toxumaları arasında maddələr mübadiləsini təmin edən qan dövran edir.
Qan dövranı ürək-damar sistemi vasitəsilə həyata keçirilir. Ürək-damar sistemi mərkəzi orqan olan ürəkdən və qapalı boru sistemləri olan qandaşıyıcı damarlardan ibarətdir. Qandaşıyıcı damarlar sistemi 2 növ qan dövranını əmələ gətirir: böyük və kiçik.Ürək yığıldıqda qanı sol qulaqcıqdan sol mədəciyə ötürür.Buradan isə qan aortaya keçir.Bir dəqiqə ərzində ürək aortaya 3,5 litrdən 5,5 litrədək qan ötürür. Qan, aortadan diametri tədricən azalan arteriyalara, oradan isə arterial qanın toxumalar və orqanlar üzrə sonuncu yolu olan kapilyarlara daxil olur.Qanın dövr etdiyi bu yol böyük qan dövranı adlanır.Kiçik qan dövranı isə ürəyin sağ mədəciyindən başlanır.Qan ciyərlərdən keçərək karbon qazını verib oksigen alır.Daha sonra qan ciyər venaları vasitəsilə sol mədəciyə daxil olur, buradan isə yenidən qanın böyük dövranı başlanır.İnsan orqanizmindəki qanın ümumi miqdarı 4,5-5 litrdir. Qanaxmalar 3 cür olur: Qanaxma əgər arteriyadan baş verirsə - arterial, venadan baş verirsə – venoz, kapilyarlardan baş verirsə – kapilyar və parenximatoz qanaxma adlanır.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin