52. Radiasiya şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi və proqnazlaşdırılması (sxem və izahı) necə aparılır ? Radiasiya şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi.
Radiasiya şəraiti düşmənin nüvə silahını tətbiq etdikdə və AES- də qəza baş verdikdə yaranır , insanların və müxtəlif obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi ilə nəticələnir.
Radiasiya şəraitini qiymətləndirərkən ərazinin, müəssisənin radioaktiv zəhərlənməsinin miqyası və dərəcəsi, həmçinin zəhərlənmənin dəstələrin şəxsi heyyətinin və əhalinin fəaliyyətinə təsiri təyin edilir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə, adətən aşağıdakılar aiddir:
1) radioaktiv zəhərlənmə zonalarının sərhədlərini və onlarda radiasiya səviyyəsinin bölünməsini təyin etmək ;
2) zəhərlənmə zonalarının müəssisələrini torpaqdan istifadə planına və ya sxeminə köçürülməsi;
3) dəstələrin şəxsi heyətinin , əhalinin, heyvanların radioaktiv şualanma dozasının və onların arasında baş verə biləçək itkilərin təyin edilməsi;
4) zəhərlənmiş ərazidə dəstələrin, həmçinin əhalinin təsərrüfat işlərinin aparılmasında ən məqsədəuyğun fəaliyyətin müəyyən edilməsi.
Müəssələrin mülki müdafiə dəstələri və qərargahları öz rayonlarında ərazinin radioaktiv zəhərlənməsi haqqında məlumatı, adətən, rayonun mülkü müdafiə qərarqahından alır və radiasiya kəşfiyyatı ilə dəqiqləşdirir.
53. Kimyəvi və bakteroloji şəraitin aydınlaşdırılmasi və qiymətləndirilməsi necə necə aparılır? Kimyəvi şəraitin aydınlaşdırılmasi və qiymətləndirilməsi. Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir.
Kimyəvi şərait kimyəvi kəşfiyyatın məlumatları əsasında, lakin bəzi hallarda qabaqcadan öyrənilir.Belə öyrənməyə aşagıdakılar aitdir:
1) dəstələrin şəxsi heyyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;
2) kimyəvi silahın baskınına məruz qalmış obyektləri öyrənmək;
3) zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və üsullarını təyin etmək;
4) ərazinin xarakterini və hava şəraitini öyrənmək.
Dəstələrin fəaliyyət xarakterini kimyəvi şəraitin qiymətləndirilməsi nətijəsində dəqiqləşdirirlər.