Bərpa işdərinin növləri;Qəza və təbii fəlakət nətijələrinin aradan qaldırılması dövründə yaranan şəraitdən, obyektlərdən istifadə olunması müddətindən, dağıntıların xarakterindən və həcmindən, ilin fəslindən və havanın proqnozundan, eləcə də bərpa işlərinin yerinə yetirilməsi üçün ayrılmış qüvvə, vasitə və vaxtdan asılı olaraq, bərpa işlərinin 3 növü olur: qısamüddətli, müvəqqəti və əsaslı bərpa işləri.
Qısamüddətli bərpa işləri- adatan, əlaltı materiallardan və yığılıb – sökülən konstruksiyalardan istifadə olunməqlə aparılır. Bu zaman belə bərpa işlərinin icra müddəti – saatlarla, bu cür bərpa olunan obyektlərin fəaliyyət müddəti isə günlərlə hesablanır.
55. Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə işlərin növbəliyi, ardıcıllığı və mərhələrlə aparılması necə yerinə yetrilir ? F.H. nəticələrinin aradan qaldırılması üzrə işlər mərhələlər üzrə, müəyyən ardıcıllıqla və mümkün qədər qısa müddətdə yerinə yetirilir.
Birinci mərhələdə aşağıdakı məsələlər həll edilir:
1.Əhalinin dərhal mühafizəsi; bu məqsədlə:
-təhlükə barədə xəbərdarlıq;
-mühafizə vasitələrindən istifadə edilməsi;
-mühafizə rejimlərinə riayət olunması;
-təhlükəli zonadan köçürülmə;
-tibbi- profilaktika vasitələrinin işlədilməsi və xəsarət almış şəxslərə hər cür yardımın göstərilməsi.
2.F.hadisə nəticələrinin genişlənməsinin qarşısını almaq və ya onun təsirini azaltmaq; bunun üçün:
-qəzanın məhdudlaşdırılması;
-texnoloji prosesin müvəqqəti dayandırılması və ya dəyişdirilməsi;
-yanğınların qarşısının alınması və söndürülməsi.
56. İdarəetmənin mahiyyəti, təşkili,vəzifələri və əsas tələbləri hansılardır ? İdarəetmə orqanları, məntəqələri, onların təyinatı, rabitə və xəbərdarlıq sisteminin vəzifələri hansılardır? Fövqəladə hadisələr dövrlərində müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir.