Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?


İnsanlara ilk tibbi yardım göstərilən zaman hansı səhvlərə yol vermək olmaz?



Yüklə 245,85 Kb.
səhifə24/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Mülki Müdafiə (semestr)

48.İnsanlara ilk tibbi yardım göstərilən zaman hansı səhvlərə yol vermək olmaz?
Hər bir insan üçün ilk tibbi yardım göstərilməsinin əsas qaydalarını bilmək çox vacibdir. Həkimlər gələnə qədər düzgün göstərilmiş ilk tibbi yardım bir çox hallarda zərərçəkənin sağlamlığını və hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzən kömək etmək istəyən insanlar yalnış hərəkətləri ilə zərər çəkmiş insana ziyan vura bilər. Bu səhvlərə yol verməyin:
1. Yol qəzası zamanı ilk növbədə "təcili tibbi yardım" çağırın, avtomobilin akkumulyatorunu söndürün. Əgər zərər çəkmiş insanda qanaxma varsa, onu dayandırmağa çalışın, onunla danışın. Zərərçəkəni avtomobildən çıxartmaq, dartmaq olmaz. Bununla siz bir çox hallarda nəinki kömək edə bilməyəcəksiniz, əksinə insana zərər verə bilərsiniz.
2. Əgər bayılma, epilepsiya tutması və s. zamanı insanın dili nəfəs yolunu tutarsa, dili zorla çıxartmaq, dartmaq, tutmaq olmaz. İnsanı sadəcə böyürü üstə qoyun və nəfəs yolu açılacaq.
3. Yanıq zamanı yanmış sahəni ilk növbədə soyuq suyun altında 15 dəqiqə ərzində saxlamaq lazımdır ki, istilik daha dərin getməsin. Yalnız bundan sonra yanmış sahəyə xüsusi krem (məsələn, "pantenol", "spasatel" və s.) çəkmək olar.
4. Əgər insanın hərarəti yüksəkdirsə, onu isti bürümək olmaz. Bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə belə şərait yaratmaq lazımdır ki, artıq istilik ətraf mühitə çıxsın - ilıq vanna, açıq nəfəslik, yüngül paltar və yüngül ədyal.
5. Zəhərlənmə zamanı mədənin yuyulması tətbiq olunur. Bu halda 3-5 stəkan adi ilıq su istifadə edin. Marqan ("marqansovka") məhlulu bunun üçün istifadə etməyin.


49.AR-da Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlığının təşkili necə aparılır?
Əhaliyə sülh və müharibə dövrlərindəki fovqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi, mülki müdafiənin əsas vəzifələrindən biridir. Bu vəzifə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il tarixli №420-1Q saylı fərmanı (“Mülki müdafıə haqqında qanun) və Nazirlər Kabinetinin 193 saylı qərarının (“Əhalinin mülki müdafıəyə hazırlanması haqqında əsasnamə) tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Fövqəladə hadisələrdən mühafizəyə respublikanın bütün əhalisi hazırlanır.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin