42.“A” və “B”səviyyəli mühafizə dəstləri nələrdən ibarətdir və nədən mühafizə etmək üçündür ? “A” səviyyəli mühafizə dəsti- təcridedici tipli tənəffüs aparatı və insanın bədənini ətraf mühitdən tam təcrid edən və daxildə izafi təzyiq saxlayan kimya əleyhinə skafandr-kostyumdan ibarətdir. Dəstin tərkibinə kimya əleyhinə daxili və xarici əlcəklər, tərkibidnə metal material olan mühafizə çəkmələri daxildir. Havada kimyəvi zəhərləyici maddələrin növü məlum olmadıqda və qatılığı yüksək dərəcədə olduqda (havada oksigenin miqdarı 16%-dən az olduqda), insan həyatı və ya sağlamlıq üçün təhlükə yaranan zaman istifadə olunur.“B” səviyyəli mühafizə dəsti- tənəffüs orqanlarının mühafizə dərəcəsi “A” səviyyəli mühafizə dəsti ilə eynidir. Başlığı olan kimya əleyhinə mühafizə kostyumunun tərkibinə daxili və xarici əlcəklər, mühafizə çəkmələri daxildir. Skafandr-kostyum nəzərdə tutulmamışdır. Bu kostyumdan zəhərli maddələrin tipi və qatılığı məlum olduğu və dəri səthinin mühafizəsi “A” səviyyəli mühafizə kostyumunun geyinilməsinə ehtiyac olmadığı hallarda istifadə olunur.«B» səviyyəli mühafizə dəsti aşağıdakı hissələrdən: sıxılmış hava aparatı (təcridedici əleyhqaz ); kombinezon formalı, başlığı olan mühafizə kostyumu; rezin mühafizə əlcəkləri (daxili və xarici əlcəklər) və poladdan burnu olan uzun rezin mühafizə çəkmələri ibarətdir.
43.“C” və “D” səviyyəli mühafizə dəstləri nədən ibarətdir və nədən mühafizə etmək üçündür ? “C” səviyyəli mühafizə dəsti– dəri səthinin mühafizə səviyyəsi “B” səviyyəli mühafizə kostyumu ilə eynidir, ancaq təcridedici əleyhqaz əvəzinə süzgəcli əleyhqazlardan istifadə olunur. Bu mühafizə geyimindən deqazasiya və dezinfeksiya işlərinin aparılmasında istifadə olunur.
«C» səviyyəli mühafizə dəsti insanın tənəffüs orqanlarının mühafizə edir, lakin tam hermetik deyil, qaz keçirən mühafizə geyimidir. Havada kimyəvi zəhərli maddələrin qatılığı süzücü əleyhqazlardan istifadə etməyə imkan verən təqdirdə, insan həyatı və ya sağlamlığı üçün təhlükə yaranan zaman istifadə olunur. Zərərsizləşdirmə proseslərinin həyata keçirilməsi üçün əlverişli mühafizə kostyumudur. Bu mühafizə dəstlərindən uzun müddətli iş üçün istifadə edilir.«C» səviyyəli mühafizə dəsti tənəffüs orqanlarının mühafizəsi üçün süzgəcli əleyhqazdan, kombinezon formalı, başlığı olan mühafizə kostyumundan, rezin mühafizə əlcəklərindən (daxili və xarici əlcəklər) və poladdan burnu olan uzun rezin mühafizə çəkmələrindən ibarət olan mühafizə geyimidir.«D» səviyyəli mühafizə dəsti- «D» səviyyəli mühafizə dəsti qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında şəxsi heyət üçün nəzərdə tutulmuş iş geyimi, istehsalat və müəssisələrdə iş vaxtı fəhlə və qulluqçuların istifadə etdikləri geyim formasıdır.«D» səviyyəli mühafizə dəsti aşağıdakı hissələrdən ibarətdir:
İş paltarı, dəmir pəncəli çəkmə, şlem, gözlərin mühafizəsi üçün eynəklər, əllərin mühafizəsi üçün əlcəklər, tənəffüs orqanlarının mühafizəsi üçün respirator.Kimyəvi maddələrlə bağlı heç bir təsirə məruz qalma gözlənilmir.