Mülki Müdafiə imtahan suallarının cavabları. Mülki müdafiənin yaranma tarixində(1931-1993–cü illərdə) hansı hadisələr baş vermişdir?



Yüklə 245,85 Kb.
səhifə21/31
tarix07.01.2024
ölçüsü245,85 Kb.
#203650
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
Mülki Müdafiə (semestr)

44.Yüngül mühafizə kostymu L-1, Ümumqoşun mühafizə komplekti OZK nədən ibarətdir və nə zaman istifadə edilir? Yardımçı vasitələr hansılardır və insanları nədən qoruyur ?


Yüngül mühafizə kostymu L-1- xüsusi mühafizə geyimidir, dəri səthini, ayaqqabıları, geyimləri zəhərləyici və toksik maddələrin, tozların uzunmüddətli təsirindən, turşu, qələvi və duz məhlullarının, dəniz suyu, lakların, boyaların, yağların, piylərin, neft məhsullarının və zərərli bioloji vasitələrin təsirindən mühafizə edir. L-1 tipli yüngül mühafizə kostyumundan radiasiya, kimyəvi və bakterioloji kəşfiyyatlarının aparılmasında, həmçinin dezaktivasiya, deqazasiya və dezinfeksiya işlərinin yerinə yetirilməsində istifadə edilir. Kostyum təcridedici kostyum deyildir.Yüngül mühafizə kostyumu L-1 aşağıdakı hissələrdən ibarətdir:
- rezinləşdirilmiş parçadan hazırlanmış başlıqlı köynək;
- corablı şalvar;
- ikibarmaqlı əlcək;- şlemaltlıq
Ümumqoşun mühafizə komplekti OZK- mühafizə plaşından, mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən, pasta məhlulu hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Dərini təcrid edən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM- in yüksək konsentrasiyası şəraitində iş aparılarkən, habelə deqazasiya (zəhərləyici maddələrin təmizlənməsinə və yaxud neytirallaşdırılmasına deyilir ) və dezinfeksiya (xəstəlik törədən mikrobların məhv edilməsinə və onların toksinlərinin dağıdılmasına deyilir. ) işləri yerinə yetirilərkən istifadə edilir.
Yardımçı vasitələr- bədənin səthini radioaktiv, kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorunmaq üçün insanların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması- kütləvi qırğın silahlarının törədə biləcəyi tələfatı azaltmaqla böyük əhəmiyyətə malikdir. İnsanların bədənini qoruyan yardımçı vasitələr kimi, hər şeydən əvvəl xüsusi iş paltarlarından – kombinezonlardan, gödəkçə və şalvarlardan, başlıqlı xələtlərdən istifadə etmək olar. Belə iş paltarları, adətən, brezentdən odadavamlı və ya rezinləşdirilmiş parçadan və digər möhkəm parçalardan tikilir.



Yüklə 245,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin