37.Əhalinin köçürülməsi hansı prinip üzrə təşkil edilir və qismən köçrülmə zamanı ilk növbədə kimlər köçrülür, aralıq köçürmə məntəqələri nə üçündür? Əhalinin köçurülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəblərinin tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərini obyektlər üzrə təhlükəli rayonlərdan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.
Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman insanların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrilə təhlükəli zonalardan dərhal çıxarılır.
38.Köçrülmə nə zaman baş verir, köçrülən əhalinin qeydiyyatı üçün hansı sənədlər lazımdır, onların qeydiyyatı harada aparılır və toplanış- köçürmə məntəqələri haralarda açıla bilər ? Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada ) təhlükəsiz rayonlarda ( zonalarda ) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər: şəxsiyyəti təsdiq edən vəsiqə (pasport) və iş , yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərinin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali və orta ixtisas məktəb tələbəliri, bu məktəblərin professor- müəllim heyəti və onların ailə üzvləri , həmçinin qojalar evində yaşayan təqaütçülər və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşınması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət jədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış- köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən, insanlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəljədən obyektlər üzrə təhkim edilir.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılıcaq insanlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq insanlar isə piyada dəstələri üzrə qruplaşdırılır.