MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Fövqaladə hallar zamanı xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları



Yüklə 75,27 Kb.
səhifə36/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
2 5377702472280184284 (1)

45.Fövqaladə hallar zamanı xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları
Xilasetmə işlərinə aiddir:

    • Fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyatın aparılması;

    • Fəlakət yerlərində işə başlamaq mümkün olsun deyə yanğınların söndürülməsi və ya (məhdudlaşdırılması);

    • Zədələnmiş, yanan, qaz və tüstü bürümüş binalardan və uçqunlar altından insanların tapılıb çıxarılması;

    • Üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularından insanların xilas edilməsi;

    • Süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;

Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, mülki müdafiəni idarə etmək prosesinin tərkib hissəsidir. Bu işlər dinc və ya müharibə dövrlərində fəaliyyət üçün əvvəlcədən tərtib olunmuş müvafiq mülki müdafiə planları əsasında təşkil edilir. Bu planlarda xilasetmə işlərinin təşkili üzrə bütün tədbirlər – MM qüvvə və vasitələrinin hazır vəziyyətə gətirilməsi, qruplaşdırılması, dəstələrin iş yerlərinə çatdırılması, onların fəaliyyətinin hərtərəfli təminatı və digər məsələlər öz əksini tapır. MM rəhbərindən, qərargahdan və xilasetmə dəstələrindən böyük mütəşəkkillik, şəxsi heyətdən isə yüksək mənəvi-psixoloji dəyanət, fiziki dözüm və bütün qüvvələrin səfərbər olunmasını tələb edir.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən rəhbər, yaranmış vəziyyəti şəxsən öyrənir, insanları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təyin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.
Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika , həmçinin sanitar drujinaları verilir və kommunal-energetika qurğularında qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin