MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Yanıqlar və sınıqlar zamanı ilk tibbi yardım göstərilməsi qaydaları



Yüklə 75,27 Kb.
səhifə39/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   34   35   36   37   38   39   40   41   42
2 5377702472280184284 (1)

48.Yanıqlar və sınıqlar zamanı ilk tibbi yardım göstərilməsi qaydaları
Yanıqların baş verməsi səbəbləri. Yanıqlar yüksək temperaturun, habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. İşıq şüalanmasının, alovun,qaynar suyun və buxarın təsirindən baş verən yanıqlar termik yanıqlar adlanır. Dərinin səthinə və selikli qişalara qatı turşuların və qələvi maddələrin təsiri nəticəsində kimyəvi yanıqlar baş verir. Dərinin səthinə və selekli qişalara radioaktiv maddələr düşüb orada uzun müddət qaldıqda radiasiya yanıqları meydana çıxır. İlk tibbi yardım qaydaları. Yardım göstərərkən ilk növbədə alışmış paltarları söndörmək, bu məqsədlə adamın üstünə palto və ya ədyal salmaqla alovu səngitmək lazımdır. Sonra bədənin yanıq yerini paltardan azad edirlər, yəni yanıq yerinə toxunmadan onun ətrafından paltarı kəsib çıxarırlar. Yanıq yerindən suluğu qoparmaq, yanıq səthə əl ilə toxunmaq, yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı qoyurlar. Yanıq əleyhinə konturlu sarğılardan da istifadə etmək olar. Üzə, döşə, arxaya, qarına, buda qoyulmaq üçün belə sarğılar bədənin həmin hissələrinin formalarına uyğun olaraq əvvəlcədən hazırlanır, sterilləşdirilir və xüsusi məhlulla hopdurulur. Bu sarğıları yanıq yerinə qaytanla bağlayırlar. Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı qoymaqdan və belə zədələnməsi olan adamın rahatlığını təmin etməkdən ibarətdir.Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox vaxt dərin olur. Toxumaların ölməsi yalnız dərini deyil, onun altında yerləşən toxumaları da əhatə adir. Kimyəvi yanıqlarda göstərilən ilk tibbi yardım bir sıra xüsusiyyətlərə malikdir: yanıq yerini dərhal 15 – 20 dəqiqə ərzində axar soyuq su altında yumaq lazımdır. Bundan sonra yanıq turşulardan baş veribsə yanıq yerinə çay sodası səpir, yanıq qələvilərdən baş veribsə sirkənin zəif məhlulunu tökür və steril bintlə örtürlər. Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki sulfat turşusu su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan təmizləmək məqsədilə yanıq yerinə qaynadılmış bitki yagı sürtürlər.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin