Sınıqlar zamanı ilk tibbi yardım Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində və yazəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha təhlükəlidir. Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna görə də şübhəli hallarda ilk tibbi yardımı sınıq halında oldugu kimi göstərirlər. Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları –birinci növbədə, yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən, qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan, ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala salmaqdan ibarətdir. Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır, sonra yaranı steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı iki oynağı əhatə etsin. Belə immobilizasiya – nəqliyyat immobilizasiyası adlanır 49.Donvurma,elektrik zədələmələri və suda boğulma zamanı ilk tibbi yardımın göstərilməsi qaydaları Donvurma – güclü soyuqdan orqanizm toxumalarının zədələnməsinə deyilir. Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°C-dən yuxarı olan temperaturda, tez - tez dəyişən mülayim havada donvurma baş verə bilər. İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti otaqda yerləşdirir, əgər buna imkan yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Əgər hələ toxumalarda dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt və ya ətir çəkir, sonra təmiz quru əllə donmuş yeri dəri qızaranadək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək üçün ona isti çay və ya qəhvə içirdirlər. Əgər imkan varsa, güclü soyuq vurmuş adamı isti su vannasına salırlar. Zərər çəkmiş adamın toxumalarında dəyişmələr baş verən hallarda dərinin zədələnmiş səthinə spirt sürtür və steril sarğı qoyurlar. Donvurma halında dərinin zədələnmiş səthini qarla sürtmək məsləhət görülmür.