MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə35/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
2 5377702472280184284 (1)

Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin çıxarılıb təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin ətrafında ehtimal olunan dağıntı zonalarından kənarda, əhalinin yaşaması üçün yararlı olan ərazidir.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən vaxtında təhlükəsiz rayonlara çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimum dərəcədə azaltmağa imkan verir. Yaranmış vəziyyətdən və zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata keçirilir:
1) Qabaqcadan 2) Təcili
Kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlakət yaranması ehtimalı barədə etibarlı mənbələrdən məlumat gəldikdə əhalinin təhlükəli ərazidən qabaqcadan köçürülməsi yerinə yetirilir. Bunun həyata keçirilməsinin əsası fövqəladə halın yaranmasının qısamüddətli proqnozlaşdırılmasıdır. Bu proqnozlaşdırma bir neçə saat öncə edilir və həmin müddət ərzində dəqiqləşdirilir.
Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət zonasından təcili köçürülməsi yerinə yetirilir və bu minimal vaxt ərzində həyata keçirilir. Bu müddət bir neçə dəqiqədən bir neçə saata kimi ola bilər. Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır: 1) Lokal 2) Yerli
Lokal köçürülmə - fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi – şəhər mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyektlərin personalının sayı on nəfərdən minə kimi ola bilər.
Yerli köçürülmə - fövqəladə zona – aralı şəhərlər, böyük şəhərlərin ətraf rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz minə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalarda yerləşdirilirlər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar çağırış məntəqələrinə getməlidir), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhalinin köçürülməsini nəzərdə tutur.
Qismən köçürülmə isə ayrı kateqoriya insanların, yaranacaq təsirə daha həssas olanların, əmək qabiliyyəti olmayan, ilk növbədə - uşaq evlərindəki körpələr, internat və orta məktəblərin şagirdləri, ali məktəb tələbələri, bu məktəblərin müəllim heyəti və onların ailə üzvləri, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyətin köçürülməsini nəzərdə tutur.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin