MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Respiratorlar,növləri və istifadə qaydaları.Tənəffüs üzvlərini qoruyan sadə vasitələr



Yüklə 75,27 Kb.
səhifə31/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
2 5377702472280184284 (1)

39.Respiratorlar,növləri və istifadə qaydaları.Tənəffüs üzvlərini qoruyan sadə vasitələr
Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitəLərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.
Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2d növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarım maskadan ibarətdir, ondan dəfələrlə istifadə etmək və 12 saatdək mühafizə olunmaq mümkündür.
R-2d respiratoru uşaqlar üçün nəzərdə tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafizəni təmin edir.
Respiratorlar nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan vasitədir. Respiratorlar süzücü yarımmaskadan və onu üzdə bərkitmək üçün qaytanlardan ibarətdir. Maskada 2 nəfəsalma klapanı, bir nəfəsvermə klapanı və burun sıxıcı var. Bərkidici qaytanlar maskanın kənarlarına bənd edilib.
R-2d respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun ölçüsünü elə seçmək lazımdır ki, o, üzə kip yatsın, yoxsa zəhərli hava maskanın altına keçib adamı zəhərləyə bilər.
Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələr. Əhali sadə vasitələrdən respirator kimi sitifadə edə bilər. Tənəffüs üzvlərinin sadə mühafizə vasitələrinə toz əleyhinə parça maska və pambıqlı tənzif sarğı aiddir.
Toz əleyhinə parça maskası (PTM-1) iki əsas hissədən –maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, oraya şüşə lövhəcikləri salınır.

40.Dəri səthinin mühafizə vasitələri
Dəri səthini mühafizə vasitələri – bədənin açıq sahələrini, paltarları, və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.
Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltarı dəsti aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə hopduruldulmuş parça kombinezondan ibarətdir.
Dərini təcridedici mühafizə vasitələri – havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər.
Yüngül mühafizə kostyumu rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, İkibarmaqlı əlcəklərdən ibarətdir.
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə tutulmuşdur.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin