MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə28/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
2 5377702472280184284 (1)

Ümumi məqsədli mülki dəstələri -zədələnmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

Yığma komandalar , xilasetmə dəstələri , yığma mexanizasiya dəstələri ümümi məqsədli dəstələr sayılır.

  • Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə - kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. Dəstələr aiddir.

  • Yüksək təhlükəli obyektlərdə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Hazırlıq dərəcəsinə görə, hərbiləşdirilməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqlı (hazırlığa gətirilmə vaxtı 2-6 saat), qalan dəstələr isə, gündəlik (ümumi) hazırlıqlı olurlar (hazırlığa gətirilmə vaxtı 6-24 saat).
Mülki müdafiə qüvvələrinin hazırlığa gətirilmə vaxtı – mövsümdən (qış, yay), habelə, iş və işdən kənar vaxt nəzərə alınmaqla, obyektlərin mülki müdafiə planlarında öz əksini tapır.
36.Mülki Müdafiə kəşfiyyatı nədir və onun hansı növləri vardır?Mülki Müdafiə kəşfiyyatının təşkili və onun aparılması
Kəşfiyyat – sülh və müharibə dövrlərində MM tədbirlərinin yerinə yetirilməsi üçün MM qüvvələrinin ən başlıca təminat növüdür. Qarşıya çıxan tapşırığın xarakterinə görə kəşfiyyat ümumi və xüsusi kəşfiyyat növlərinə və kəşfiyyat məlumatlarının əldə edilməsi üsullarına görə isə yerüstü, hava və dəniz kəşfiyyatı üsullarına bölünür.
Ümumi kəşfiyyat – qəzanın yerini, vaxtını, xarakterini, dağıntının dərəcəsini, dəyən maddi ziyanın miqdarını, xəsarət alanların və köməyə ehtiyacı olanların sayını, əhalinin mühafizəsi və xilas edilməsi üzrə vacib olan tədbirlərin görülməsini, müəyyən etmək məqsədilə təşkil olunur və aparılır. Xüsusi kəşfiyyat radiasiya, kimya, mühəndis, yanğın, tibbi vəbioloji kəşfiyyat növlərinə bölünür. Xüsusi kəşfiyyat təbii və texnogen xarakterli fövqəladə hadisələrin və düşmənin müasir qırğın silahlarından istifadəsi zamanı yaranmış vəziyyət barədədolğun məlumatların alınması məqsədilə təşkil olunur. Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət vəqəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarə və ya vertolyotlardan aparılır.Dənizdən kəşfiyyat – sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədilə aparılır, yüksək sürətli gəmilər və ya katerlər vasitəsi ilə icra edilir.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin