MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Bakterioloji silah və onun təsnifatı



Yüklə 75,27 Kb.
səhifə25/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
2 5377702472280184284 (1)

31.Bakterioloji silah və onun təsnifatı
Bakterioloji silah – kütləvi qırğın silahlarının bir növü olub – bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr isə qorxulu yoluxucu xəstəlik törədən mikroblara və bu mikrobların törətdiyi zəhərlərə deyilir.Bakterioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə,xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Təbiətdə saysız-hesabsız mikroorqanizmlər vardır, lakin onlardan bəziləri canlılar arasında xəstəlik törədə bilirlər. Onlara xəstəlik törədən mikroblar və yaxud patogenlər deyilir. Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə malik deyillər və onlara saprofitlər deyilir.
Bakteriyalar – sadə bölünmə yolu ilə çoxalan birhüceyrəli mikroorqanizmlərdir və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəliktörədici bakteriyalar taun, vəba, sibir xorası, tulyaremiya, qarın yatalağı və başqa yoluxucu xəstəliklər törədə bilirlər.
Viruslar – bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər, onları adi qidalı mühitdə yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir, qrip, qızılca, təbii çiçək və quduzluq kimi xəstəliklərin törədiciləridir.
Riketsiyalar – viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara epidemik səpgili yatalaq xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar.Göbələklər müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər (bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda aktinomikoz xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif göbələk xəstəliklərinə rast gəlmək olur.
32.Bakterioloji silahın əsas xüsusiyyətləri və onun tətbiq olunduğunu hansı əlamətlərə görə təyin edirlər
Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir:

  1. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir, insanlar, heyvanlar və bitkilər arasında kütləvi yoluxucu xəstəliklərin yaranmasına səbəb ola bilir;

  2. Onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir;

  3. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır;

  4. Bir sıra yoluxucu xəstəliklər xəstə adamlardan sağlam adamlara asanlıqla keçir və tez yayılır;

  5. Bəzi mikrob və zəhərlərin (toksinlərin) aşkar olunması çətinlik törətdiyinə görə zədələnmə təhlükəsinin daha çox olması;

  6. Yoluxmuş havanın hermetik olmayan sığınacaq və binalara nüfuz etmək və orada olan insanları yoluxdurmaq xüsusiyyəti;

  7. İstehsalının başqa kütləvi qırğın silahlarına nisbətən daha asan və ucuz başa gəlməsi.

Bioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı əlamətlərə görə təyin etmək olur:

  1. döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;

  2. binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya qatı maye şəkilli maddələrin olması;

  3. ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;

  4. mərmilərin, konteynerlərin, müxtəlif bağlama və ya qutuların düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gəmiricilərin olması;

  5. əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi heyvanların, ev heyvanlarının və quşların kütləvi qırılması və ya xəstələnməsi.



Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin