27.Sinir sistemini iflic edən və ümumi təsirli zəhərləyici maddələr ÜMUMZƏHƏRLƏYİCİ MADDƏLƏR Sianid turşusu – hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halındadır. Qaynama temperaturu 25,60 C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu çox zəif turşudur.Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir.Deqazasiya - əsasən hava dəyişmə yolu ilə aparılır. Sianxlorid – yüngül uçucu, rəngsiz 13.5 0 C- də qaynayan, mənfi 6 0C-də donan maye halda olan maddədir. Kəskin iyə malik olub, selikli qişaları qıcıqlandırır və gözyaşarma əmələ gətirir. Yüksək qatılıqda ümumi zəhərlənmə baş verir. Sianxloridlə zəhərlənmələr –orqanizmdə gedən maddələr mübadiləsini təmin edən fermentlərin aktivliyinin dayandırılmasına gətirib çıxarır. SİNİR İFLİCEDİCİ ZM Zarin –adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında zarin öz təsirini 25 sutkayadək saxlayır.Zarinin zədələyici əlamətləri: göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. Deqazasiya - xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Zoman – rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3-4 dəfə çox toksikdir. Maye - damla halında isə zarindən 15-20 dəfə toksikdir. Zoman öz zəhərləyici xassələrini su tutumlarında 2,5 ayadək saxlayır.Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar. Deqazasiya – xlor əhəngi, qələvi, ammonyakın suda məhlulu.İlk yardım: Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır.