Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə bu sahələr 4 növə ayrılır: tam dağıntı zonası, güclü dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası.
23. Nüvə partlayışı zamanı yaranan işıq şüalanması,insanlara və ətraf mühitə təsiri Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər: – birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir; – ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir; – üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir; – dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir. İnsanların aldığı yanıqların dərəcələri işıq şüalanmasının miqdarından, paltarın növündən, kipliyindən və rəngindən də asılı olur. Partlayış mərkəzindən nisbətən uzaq məsafədə, açıq rəngli və gen paltar geyinmiş insanlar, qara və dar paltar geyinmiş insanlara nisbətən az yanıqlar alırlar. Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada işıq impulsunun təsiri qat –qat azalır. Sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. Bütün kölgə salan əşyalar da insanları işıq şüalanmasından qoruya bilir.