18.Fövqaladə hadisələrdən müdafiə sahəsində rəhbər heyətə,işçilərə və işləməyən əhaliyə Mülki müdafiə biliklərinin öyrədilməsi Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, Mülki Müdafiə orqanları tərəfindən keçirilən kadrların ixtisasartırma üzrə təhsil müəssisələrində yerinə yetirilir. Rəhbər heyətin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. Onlar həmçinin tədris ili ərzində 3-5 gün istehsalatdan ayrılmaqla keçirilən məşğələlərdə hazırlanır, yeni vəzifəyə təyin olunandan sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər. İşçilərə Mülki Müdafiə biliklərinin öyrədilməsi. İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin Mülki Müdafiə qüvvələrinin, heyətinə cəlb olunmayan əhaliyə Mülki Müdafiə bilikləri iş yerində, öyrədilir. Bu əhali qrupu üçün hazırlığın növləri müəyyən edilmişdir:
Mülki Müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, şöbə və digər bölmə rəhbərlərinin keçirdiyi Mülki Müdafiə məşqlərində iştirak etməklə;
Tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin başçılığı ilə məşğələ keçməklə.
Obyektin ştatlı Mülki Müdafiə işçiləri, təlimatçılarla tədris ilinin əvvəlində 1-2 günlük metodik toplanış keçirirlər. İşləməyən əhaliyə Mülki Müdafiə biliklərinin öyrədilməsi İstehsalat və xidmət sahələrində məşğul olmayan (işləməyən) əhaliyə mülki müdafiə bilikləri mənzil – təsərrüfat idarələrində yaradılan məsləhət məntəqələrinin yardımı ilə Mülki Müdafiə hazırlığı üzrə keçirilən təlimlərə (məşqlərə) cəlb edilməklə öyrədilir. İstehsalat və xidmət sahələrində çalışmayan əhaliyə MM biliklərinin öyrədilməsi tədris yaşayış yeri üzrə ərazinin MM qərargahı tərəfindən aparılır
19.Ali məktəb tələbələrin və orta məktəb şagirdlərinə Mülki müdafiə biliklərinin öyrədilməsi Mülki Müdafiə və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənlər sayılır və tədris proqramlarına daxil edilir.Tələbələrə Mülki Müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;
tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi yardım göstərməyi bacarmaq;
ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində Mülki Müdafiə və tibbi hazırlıq fənləri üzrə məşğələlər aparmağıbacarmaq.
Mülki Müdafiə və tibbi biliklərin əsasları üzrə məşğələlərxüsusi fənn olmaqla bütün ali təhsil müəssisələrində bir semestr keçirilir və imtahan verməklə yekunlaşır. Ali pedaqoji məktəb tələbələrinə, orta məktəblərdə təcrübə keçən dövrdə Mülki Müdafiə və tibb hazırlığı fənləri üzrə məşğələlər aparılması da planlaşdırılır. Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər məktəblərin 10-11 sinif şagirdlərinə, Mülki Müdafiə fənni«Gənclərin ibtidai hərbi hazırlıq proqramına» bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur. Mülki Müdafiə fənni 2-ci sinifdə – 6 saat, 5-ci sinifdə – 8 saat və 6-cı sinifdə – 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur. Mülki Müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli Mülki Müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.