MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Mülki Müdafiə qərargahı rəisinin vəzifələri



Yüklə 75,27 Kb.
səhifə14/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
2 5377702472280184284 (1)

Mülki Müdafiə qərargahı rəisinin vəzifələri:

    • qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək, bölmə və xidmət rəislərinin işlərini əlaqələndirmək;

    • yaranmış vəziyyət haqqında məlumat toplamaq, onları təhlil edib öyrənmək, obyektin rəhbərinə və yuxarı qərargahlara çatdırmaq;

    • tabeliyində olan Mülki Müdafiə qüvvələrindəki həqiqi vəziyyəti bilmək, həmçinin onlara verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq;

    • obyekt rəhbərinin göstərişi ilə Mülki Müdafiə planını hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;

    • Mülki Müdafiə tədbirlərini təşkil edib həyata keçirmək üçün zəruri hesablamaları və təklifləri hazırlamaq;

    • obyektdə rabitəni təşkil etmək və gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək;

    • obyektdə olan işçilərin, fərdi mühafizə vasitələrinin, xilasetmə texnikalarının və başqa maddi vasitələrin sayını həmişə bilmək, həmçinin onların gündəlik uçotunun aparılmasına rəhbərlik etmək;

    • xilasetmə dəstələrini fəlakət zonalarına yola salmadan qabaq,onları təlimatlandırmaq və zəruri olan hər şeylə təmin olunmalarını yoxlamaq.

16.Mülki Müdafiə qərargahlarının dinc dövrlərdə və fövqaladə hallar zamanı əsas vəzifələri
Qərargahların əsas vəzifələri aşağıdakılardır:
I. Dinc dövrlərdə:

  1. Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək;

  2. Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək;

  3. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etmək.

II. Fövqəladə hadisə zamanı:

  1. Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış vəziyyət haqqında xəbərdar etmək;

  2. Xilasetmə işlərini görmək üçün Mülki Müdafiə qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək;

  3. Mülki Müdafiə kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək;

  4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;

  5. Hərtərəfli təchizatı təşkil etmək;

  6. Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunmasıtədbirlərini həyata keçirmək.


Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin