MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Nüvə partlayışı zamanı yaranan yerin radioaktiv çirklənməsi.Əhalinin və ərazisinin sanitar təmizlənməsi qaydaları



Yüklə 75,27 Kb.
səhifə21/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
2 5377702472280184284 (1)

25.Nüvə partlayışı zamanı yaranan yerin radioaktiv çirklənməsi.Əhalinin və ərazisinin sanitar təmizlənməsi qaydaları
Radioaktiv çirklənmənin mühüm xüsusiyyətlərindən biri odur ki, onu nə iyinə nə də dadına görə təyin etmək mümkün deyil. Onu ancaq xüsusi doza ölçən cihazların köməyi ilə təyin etmək olur.
Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən hissələridir.
Radiasiya səviyyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət ərzində aldığı şüalanma dozasını göstərir.
Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Müxtəlif səthlərdən radioaktiv maddələrin kənar edilməsi isə dezaktivasiya adlanır. Bunların hamısı xüsusi təmizlik tədbirləri adlanır.
Dezaktivasiya – qurğulardan, binalaradan, paltardan, sudan, qida məhsullarından və s. Radioaktiv maddələrin təmizlənməsidir.
26.Kimyəvi silahlar nəyə deyilir və onların əsass xususiyyətləri. Psixokimyəvi ZM
Kimyəvi silahlar – kütləvi qırğın silahlarından biri olub, zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Zəhərləyici maddələr, əhalinin əmək və qoşunların döyüş qabiliyyətinin zəifləməsinə, bəzi hallarda isə bütün canlıların məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən ibarətdir. Kimyəvi silahların əsas xüsusiyyətləri aşağıdakılardır:

    • maddi sərvətlərə zərər vurmadan canlı qüvvələri məhv etmək;

    • geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlama qabiliyyəti;

    • zəhərlənmənin ani baş verməsi və nəticələrinin ağırlığı;

    • istehsalının nisbətən ucuz başa gəlməsi və s.

PSİXOKİMYƏVİ ZM-Bu zəhərli maddələr qrupuna Bi-Zet, DLT aid edilir. Bu maddələr adətən insanların psixologiyasına təsir göstərir, onlarda psixoloji ruh düşkünlüyü hissi yaradır, əsgərlər döyüşməkdən imtina edir, öz silahlarını atıb gedirlər.
Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir.
Toksiki xassələri:Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər.
DLT- dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristal maddədir. Suda yaxşı həll olur.
Toksiki xassələri: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına təsir göstərir.DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu.
İlk yardım: Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə əmələ gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. Əgər psixokimyəvi zəhərləyici maddələr mədəyədüşərsə, onu yaxşı yuduqdan sonra 10-15 qram aktivləşdirilmiş kömür verilir.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin