ərazi prinsipi (mülki müdafiə tədbirlərinin AzərbaycanRespublikasının bütün ərazisində təşkil edilməsi);
fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrıbölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlıobyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhalini əhatə etməsi və məcburi xarakter daşıması);
daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya başvermiş fövqəladə hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi);
qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təminedilməsində iştirak edən dövlət orqanlarının və mülkimüdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərinhəcminin maksimum azaldılması;
fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
6.Fövqaladə hadisə ,fövqaladə hadisələrin qarşısının alınması,fövqaladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.Münaqişəli və münaqışəsiz fövqaladə hallar hansılardır? Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.