MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 75,27 Kb.
səhifə3/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   2   3   4   5   6   7   8   9   ...   42
2 5377702472280184284 (1)

Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey,kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr və sirklərə, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir
5.Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə üzrə əsas vəzifələri hansılardır,mülki müdafiənin təşkil edilmə prinsipləri və məqsədləri
Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri:
1. Fövqəladə halların təsirindən, əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi.
2. Fövqəladə hadisələr zamanı, insanların sağlamlığına təhlükəyaranması barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin xəbərdar edilməsi.
3. Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəzaxilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinəyetirilməsi.
4. Rəhbər heyətin, Mülki müdafiənin idarəetmə orqanları vəqüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili.
5. Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin