Mühəndis kəşfiyyatının təşkili və aparılması üsulları Mühəndis kəşfiyyatı ştatlı mühəndis kəşfiyyat dozoru və ya mühəndis kəşfiyyatı manqası tərəfindən aparılır. Kəşfiyyatçıların təchizatı kəşfiyyat tapşırıqlarına uyğun həyata keçirilir.Kəşfiyyat zamanı müşahidə aparılır, hadisə yerinə, oradakı əşyalara, iş aparılan sahəyə və obyektlərə, qurğuların vəziyyətinə bilavasitə baxış keçirilir.Kəşfiyyat tapşırıqları verilən zaman dozora göstərilir: fəaliyyət göstəriləcək zonanın hüdudları; hərəkət marşrutu; çıxış məntəqəsindən keçmə vaxtı; kəşfiyyatın, ayrılmış nəqliyyat vasitələrinin sayı; kəşfiyyat məlumatlarının məruzə edilməsi qaydası 37.Sülh və müharibə dövrlərində Mülki Müdafiə kəşfiyyatının əsas vəzifələri Sülh dövründə MM kəşfiyyatının əsas vəzifələri:
ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətə müntəzəm nəzarət etmək;
güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermişrayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründədüşmən basqınından sonra kəşfiyyatın vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:
işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;