MüLKİ MÜdafiƏ Mülki Müdafiə nədir?Mülki Müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Zədələnmə və zəhərlənmə ocaqlarında istifadə olunan tibbi mühafizə vasitələri



Yüklə 75,27 Kb.
səhifə32/42
tarix30.11.2022
ölçüsü75,27 Kb.
#71350
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
2 5377702472280184284 (1)

41.Zədələnmə və zəhərlənmə ocaqlarında istifadə olunan tibbi mühafizə vasitələri
Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi yardım üç növə ayrılır: ilk tibbi yardım, ilk həkim yardımı və ixtisaslaşdırılmış tibbi yardım.
İlk tibbi yardım – yaralanmış və ya xəstələnmiş insanın halını yüngülləşdirə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun yaxınlığında ən qısa müddətdə göstərilir. Bu yardımı sanitar dəstələri və Mülki müdafiə qoşunlarının şəxsi heyəti göstərir. Tibbi yardımı əhalinin özü də özünəyardım və qarşılıqlıyardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu məqsədlə ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında əmin-amanlıq dövründə əvvəlcədən öyrədilir.
İlk tibbi yardım aşagıkılardan ibarətdir:
- qanaxmaları müvəqqəti olaraq dayandırmaq;
- yara və yanıq yerlərinə steril sarğı qoymaq;
- sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);
- kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geydirmək və təhlükəli sahələrdən çıxartmaq.
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi – yaralanmanın son nəticəsinə, yəni yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Elektrik cərəyanı vurarkən, güclü qanaxma, boğulma, ürək fəaliyyətinin dayanması və nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir.
İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox ehtiyatla icra edilməlidir. Ehtiyatsız və kobud ilk yardım, yaralıya əlavə əziyyət verib onun halını daha da ağırlaşdıra bilər.
İlk tibbi yardım göstərilərkən təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən, sanitar çantasındakı dərman və əşyalardan, həmçinin əlaltında olan yardımçı vasitələrdən istifadə edilir.

Yüklə 75,27 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin