42.Mülki müdafiənin mühafizə qurğuları sığınacaqların təsnifatı Müasir sığınacaqlar insanları bütün silahların təsirindən,radiasiya əleyhinə daldalanacaqlar isə əsasən radioaktiv zəhərlənmədən, eləcə də düşmənin top-mərmi atəşlərinin təsirindən qorumaq üçündür. Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir. Təyinatına görə:
İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;
Əhalinin mühafizəsi üçün qurğular;
Tikilmə müddətlərinə görə:
əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);
Sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları çatışmadıqda).
Yerləşdirilməsinə görə:
Bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı
Binadan ayrı tikilən qurğular.Bina ilə birgə tikilən qurğular binalarında;
Yüklənən konstruksiyaların materialına görə :
dəmir -beton konstruksiyalı qurğular;
daş divarlı qurğular;
meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.
Sığınacaq adətən, adamlar yerləşən əsas otaqlardan və yardımçı otaqlardan ibarət olur. Sığınacaqda dəhliz , ventilyasiya, su-kanalizasiya, elektrik təchizatı və isitmə sistemləri olur.