Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri



Yüklə 14,39 Kb.
tarix19.12.2022
ölçüsü14,39 Kb.
#76320
Mülki müdafiən 2


Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri
Mühafizənin əsas üsullarından biri mülki müdafiənin mühafizə qurğularından istifadə olunmasıdır. Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğınvasitələri işlədilərkən yarana biləcək ikincili (əlavə) zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililərdir). Mühafizə qurğuları aşağıdakı növlərə ayrılır: sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanaqlar. İri şəhərlərdə və vacib təsərrüfat obyektlərində sığınacaqlar hələ sülh dövründə təsərrüfat planların müvafiq şəkildə tikilir.

10. SIĞINACAQLAR


Sığınacaq adamları müharibə dövründə kütləvi qırğın silahlarının zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur. Sığınacağı binadan ayrı qurğu kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların üstü və yanları torpaqla örtülür. Cürbəcür yeraltı keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən yerlərini də sığınacaqkimi uyğunlaşdırmaq mümkündür. Sığınacaqlar böyük şəhərlərdə, əsasən
müharibə zamanı işləməsi nəzərdə tutulmuş təsərrüfat obyektlərində tikilir. Sığınacaqlar əsas və köməkçi otaqlara bölünür. Əsas hissədə mühafizə üçün nəzərdə tutulmuş otaqlar, idarəetmə məntəqəsi yerləşir. Sığınacaqlarda qorunanlarm rahatlığı üçün lazımi şərait yaradılmalıdır: uzanmaq üçün iki-üç mərtəbəli taxtlar, aşağıda isə oturacaqlar düzəldilməlidir. Oturacaqların sayı qorunanların 80%-ni, taxtların sayı isə ikimərtəbəli variantda 20%-ni, üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.

Adamlar hava həyəcanı siqnalı veriləndə sığınacaqlara daxil olurlar. Bu iş son dərəcə qısa müddətdə, cəld görülməli, heç bir çaxnaşmaya, təşvişə yol verilməməlidir. Hər kəs özü ilə bir qədər azuqə və su ehtiyatı götürməlidir. Mühafizə qurğularında daldalananlar daxili qaydalara ciddi riayət etməli, xidmət manqası üzvlərinin tövsiyələrini danışıqsız yerinə yetirməlidirlər. Belə sığınacaq adamların orada müəyyən müddət qala bilməsini təmin etməlidir. Radiasiya əleyhinə daldalanacaqlar (RƏD)Radiasiya əleyhinə daldalanacaqlar (RƏD) burada daldalanan adamları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə etmək üçün nəzərdə tutulmuş mühafizə qurğusuna deyilir. Mühafizə əmsalına,yerinə və məqsədinə görə RƏD-ı qruplara ayırırlar. RƏD-ın daxili avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir. Evlərin zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını,yeraltı dağ-mədən sahələrini RƏD kimi düzəltmək mümkündür. RƏDdüzəldilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək bütün deşik yerlərini, bacaları, çatları


müxtəlif üsullarla (suvaq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və s.)kipləşdirirlər. Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilməsi üçün hər cür şərait yaradılır. RƏD-in əsas otağında havanı dəyişdirilməsi üçün süzgəcli sorucu tərtibat düzəldirlər. Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirirlər: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq üçün daldalanacağın divarlarında rəflər düzəldirlər. Mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirilir. Adamların hamısı içəriyə girən kimi bütün qapılar kip bağlanır. Xidmətçi heyətin icazəsi olmadan mühafizə qurğularından çıxmaq qadağandır. Ancaq «Hava həyəcanı sovuşdu» siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini tərk etmək olar.

Sadə daldalanacaqlar


Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər tez tikilən müvəqqəti daldalanma yerlərindən ibarətdir. Bunlar nüvə partlayışı və adi silahların təsirindən bir qədər qorunmaq üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir. Üstü örtülmüş və damı torpaq vasitəsi ilə 60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər. Sadə daldalanacaqlarıntikintisinə əhalininözü cəlb edilir. Belə daldalanacaqlar, adətən, 10-15 nəfərlik olur (ən çoxu 50 nəfərlik). Sadə daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1-1,2 metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə düzəldilməlidir. Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur. Sadə daldalanacaqlar üçün elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın. Sadə daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.

11. FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ

Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən
köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterioloji vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparmalıdır. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:

 tənəffüs üzvlərinin mühafizə vasitələri;


 dəri səthinin mühafizə vasitələri;
 tibbi mühafizə vasitələri.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.

Əleyhqazlar

Müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının), Qradioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri olur. Süzücü əleyhqazlar(ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır. Onların işi, içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Təcridedici əleyhqazlarTəcridedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya oksigen cihazları (KİP-5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir, nəfəs almaq üçün regenerativ (bərpaedici) avadanlıqlardan - oksigen hasil edən regenerasiya patronlarından və ya oksigen silindrlərindən istifadə olunur. Bu maskalar və alətlər havada ZM-in qatılığı çox yüksək olduqda istifadə olunur.

Respiratorlar

Tənəffüs üzvlərini radioaktiv maddə və bakterial vasitə aerozollarından
(tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə oluna bilər. Respirator – nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Məsələn, havasında çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə dətarlalarda bitki mühafizəsi üçün kimyəvi maddələr tətbiq edən mexanizatorlar üzlərinə sənaye respiratoru taxırlar. Sənaye respiratorları nəfəs orqanlarmı havada zərərli maddələr yolverilən yüksək konsentrasiyadan (YYK) ancaq 10-15 dəfədən artıq olmadığı hallarda mühafizə edir. QTKM (GTZM)-dən mühafizə məqsədilə respiratorlardan (əgər təlimatda nəzərdə tutulmayıbsa) istifadə etmək qadağandır. R-2D respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı hissəsində rəqəmlərlə göstərilib. Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni burunun yuxarı əsası ilə çənənin ən aşağı nöqtəsi arasmdakı məsafəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm olduqda – sıfır ölçülü, 100-115 mm olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü ölçülü respirator lazımdır. Respiratoru geyməyə hazırlamaq üçün onu paketdən çıxarmaq (paketin yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan bundan əvvəl istifadə edilmişsə, onu geyinməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə quru tamponla (əsgi ilə) silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək olmaz. R-2D respiratorunun düzgün geyildiyini və üzə kip oturduğunu yoxlamaq üçün sol əlin ovucu ilə nəfəsvermə klapanını tutur və yüngülcə nəfəs verirlər. Əgər bu zaman hava yarımmaskanın üzə oturan kənarlarından çölə çıxmırsa, respirator düzgün seçilmiş və qaydasında geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını xüsusi halqa ilə bağlayırlar. Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdənəhali respirator kimi istifadə edə bilər.

Dərinin mühafizə vasitələri

Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur.Bunlar tabel vasitələrinə (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə kostyumu L-l) və əlaltı vasitələrə (məişət paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariyagigiyenik xassələrinə görə belə paltarlar hər gün geyinmək üçün yararlıdır. Hopdurulan pasta məhlulu ya zəhərləyici maddə buxarlasını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (hemosorbsiya tipli) kimyəvi maddələrdənibarətdir. Alt paltarlar, şlemaltlıqvə hopdurulmamış bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. Dərini təcridedici mühafizə vasitələri hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), qismən hermetik, yaxud tamamilə qeyrihermifiik (plaşlar, bürüncəklər, önlüklər və s.) ola bilər. Qismən qeyrihermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir. Dərini təcridedici mühafizə vasitələri Bu vasitələr hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik, qismən hermetik yaxud tamamilə hermetik ola bilər. Qismən və qeyri-hermetik əsasən maye damcıları halındakı ZM-dan mühafizə edir. Ümumqoşun mühafizə komplekti (ÜMK)Dərini təcridedici mühafizə vasitələri hava keçirməyən materiallardan hazırlanır. Bunlar tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), qismən hermetik, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürüncəklər, önlüklər və s.) ola bilər.

Qismən və qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti – ÜMK, yüngül mühafizə komplekti L-l, mühafizə kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir. Ümumqoşun mühafizə komplekti ÜMK (şəkil 27) mühafizə plaşından, mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən, hopdurulmuş üst və alt paltarların üstündən geyilir. Yüngül mühafizə kostyumu L-l (şəkil 28) rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı gödəkcədən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir. Dərini təcrid edən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə tutulmuşdur. Bunlardan ZM-in yüksək konsentrasiyası şəraitində iş aparılarkən, habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə yetirilərkən istifadə edilir. Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə paltarlarında qalmaq müddəti məhduddur. Tutqun və küləkli havada, habelə kölgədə işləyərkən mühafizə vasitələrində qalmaq müddəti nisbətən 1,5 dəfə artırıla bilər. Radioaktiv maddədən (RM) mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər. Belə paltarların hermetikliyini təmin etmək üçün onlara əlavə hissələr sinəbənd, başlıq, şalvarların yanda düymələnə yerlərinə xiştəklər tikmək lazımdır. RM-dən mühafizə üçün həmçinin dəri səthini qoruyan əlaltı vasitələrdən (kipləşdirilmiş məişət, iş, idman paltarı və ayaqqabılarından, digər geyimlərdən) istifadə oluna bilər.

Dəri örtüyünün yardımçı mühafizə vasitələri

Yardımçı vasitələr. Bədənin səthini radioaktiv, kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorumaq üçün adamların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması kütləvi qırğın silahlarının, habelə radiasiya və kimya təhlükəli obyektlərdə baş verən qəzaların törədə biləcəyi tələfatı azaltmaqda böyük əhəmiyyətə malikdir. Adamın bədənini qoruyan yardımçı vasitələr kimi, hər şeydən əvvəl, xüsusi iş paltarlarından – kombinezonlardan, gödəkcə və şalvarlardan, başlıqlı xələtlərdən istifadə etmək olar. Belə iş paltarları, adətən, brezentdən, odadavamlı və rezinləşdirilmiş parçadan, qalın mahuddan və digər möhkəm parçalardan tikilir. Bu cür paltarlar nəinki bədənin səthinə radioaktiv və bakterial maddələrin düşməsinin qarşısını alır, həm də maye damcıları halındakı zəhərləyici maddələri müəyyən müddət ərzində keçirmir. Məsələn, brezent geyimlər (örtüklər) maye-damcı halındakı zəhərləyici maddələrdən qışda 1 saat, yayda isə 30 dəqiqə müddətində mühafizə edir. Rezinləşdirilmiş parçadan və ya səthinə xlorvinil plyonka çəkilmiş parçadan hazırlanan plaş və bürüncəklər də mühafizə üçün yararlıdır. Qış paltarları – qalın mahuddan vəya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye-damcı halındakı zəhərləyici maddədən 1 saata qədər, yayda isə 20 dəqiqəyə qədər, pambıq ködəkçə və şalvar 2 saata qədər qoruyur. Üst paltarların digər növləri də –kostyumlar, gödəkçələr, şalvarlar, köynəklər və s. onları müvafiq surətdə uyğunlaşdırdıqdan sonra bədənin səthini mühafizə edə bilər. Bu məqsədlə müxtəlif idman kostyumlarından istifadə etmək daha yaxşıdır. Ayaqları mühafizə etmək üçün işdə və məişətdə işlədilən rezin çəkmələrdən, botinkalardan, qaloşlardan istifadə etmək lazımdır. Rezin ayaqqabılar maye-damcı halındakı zəhərli maddələri 3-6 saat ərzində keçirmir. Gön və gönü əvəz edən materiallardan tikilmiş ayaqqabılardan istifadə oluna bilər. Qeyri-rezin ayaqqabıların altında qalın kağız sarımaq, kağız cırılmasın deyə, onun üstündən hər hansı parça dolamaq lazımdır. Əlləri radioaktiv və bakterial maddələrdən mühafizə üçün rezin və ya dəri əlcəklərdən istifadə etmək olar. Adi paltarlar, adətən, hermetik olmur. Buna görə də belə paltarlardan bədənin səthini qoruyan vasitələr kimi istifadə edərkən onların hava keçə bilən yerlərini – yaxası, gödəkçənin ətəkləri, qolların əlcəklə birləşən və şalvarların balaqlarının ayaqqabılarla birləşən yerlərini diqqətlə kipləşdirmək lazımdır ki, bədənin səthi kənar mühitdən təcrid olunsun. Paltarların bütün düymələri bağlanmalıdır, yaxalığı qaldırıb üstündən boyunu şərf və ya yaylıqla kip bağlamaq, paltarların qollarını biləklərdən bağlarla, şalvarların balaqlarını çəkmələrin üstündən qaytanla çəkib, bərkitmək lazımdır.



Fərdi tibbi mühafizə vasitələri (FTMV)

Fərdi tibbi mühafizə vasitələri fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşıorqanizmin dayanıqlığını artırmaq mümkündür. Bunlara radio-protektorlar, antidotlar və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizlənməsi vasitələri aid edilir. Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni sistamin adlı maddədir. Sistamin həblərini şüalanmadan 30-40 dəqiqə əvvəl qəbul etmək məslətdir. Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün kompleks yaradan maddələrdən, adsorbentlərdən kalium-yodid maddəsindən istifadə etmək olar. Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin, taren, ateopin və s. sianidlərə qarşı amilnitrit, propilnitrit adlı lüizitə və arsin ərkibli digər maddələrə qarşı unitol adlı antidotlar mövcuddur. Bakteriya əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər aiddir.
Yüklə 14,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin