Multikulturalizmə giriş


Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqının etnik tolerantlıq ənənələrinin inkişaf etdirilməsi



Yüklə 338,66 Kb.
səhifə19/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
Multikulturalizmə giriş cavabları

24. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan xalqının etnik tolerantlıq ənənələrinin inkişaf etdirilməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Ulu Öndərimiz kimi AXC-nin xalqımızın dövlətçilik tarixində oynadığı əhəmiyyətli rola hər zaman diqqətlə yanaşdığını diqqətə çatdırıb. O, dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar imzaladığı sərəncamların ictimai-siyasi, elmi-tarixi mahiyyətinin xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.
Vurğulanıb ki, dövlətçilik tariximizdə mühüm rol oynayan AXC dövründə baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub. Müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların, ilk növbədə, yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. İlklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb. M.Qurbanlı vurğulayıb ki, İstiqlal Bəyannaməsində dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər şəraitin yaradılması ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələrinin parlamentdə təmsil olunması vicdan azadlığı məsələsinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradır.

25..Sovet ittifaqının konfessional siyasəti

Bolşeviklər Şərqdə ilk demokratik dövlət olan və 23.ay ölkəni idarə


Edən AXC nin nailiyyətlərinə son qoydu.AXC öz mövcudluğu dövründə
Dinindən ,dilindən , irqindən asılı olmayaraq bütün vətəndaşlatına
Bərabər hüquqla yaşamaq azadlığı vermişdir.1924 cübildə “Dinə qarşı
Xüsusi komissiya yaradılır.”və bu qərarın sonrakı inkişafı özünü
“Allahsızlar cəmiyyəti”də tapır.1929 cu ildə bu cəmiyyətin adı
“Mübariz Allahsızlar cəmiyyəti ”adlandırılmisdir.1930 cu ildə
Azərbaycan SSR də 400 məscid bağlanmışdır.Hətta 1936 cı ildə Bibi –
Heybət məscidi. Partladılmişdir.Dinə qarşı mübarizədə bolşeviklər
Azərbaycan SSR də xristian kilsələrini bağlayır , dağıdırdı.Bu məsələdən
Danışarkən bolşevizmin “Bütün ölkələrin proletarları birləşsin”şüarına
Diqqət yetirmək lazımdır.Azətbaycan.SSR də də milli məsələ avtoritar
Rejimin tələbləri əsasında getmiş , Azərbaycan xalqının tarixi yaddaşını
Unutdurmaq üçün iki dəfə onun əlifbası dəyişdirilmiş,ərəb -fars dilini
Bilən mütəxəssislər damğalanmış ,“torpaq ”,“vətən”deyənlər
“pantürkist”adlandirilmışdır.Bu siyasimənəvi təzyiqləri almanlar da
Yaşamışlar.Beləki,1941 ci ildə onlar Orta Asiya və Sibirə sürgün
Edilmişdilər.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin