Multikulturalizmə giriş


Multikulturalizmin assimilyasiya , izolyasiya və aparteid siyasətindən fərqi



Yüklə 338,66 Kb.
səhifə22/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
Multikulturalizmə giriş cavabları

28.Multikulturalizmin assimilyasiya , izolyasiya və aparteid siyasətindən fərqi
Multikulturalizm bir siyasət modeli kimi cəmiyyətdə mövcud olan
Etnik,irqi,dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı
Konkret siyasəti xarakterizə edir.Bu siyasətin əsasında isə,
Cəmiyyətdəki etnik, irqi,dini və mədəni müxtəlifliklərin qorunması
Durur Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60 -cı
İllərində Kanadada meydana gəlmişdir.Muktikulturalizm siyasətinin
Meydana gəlməsindən əvvəl etnik ,irqi,dini və mədəni müxtəlifliklərlə
Üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə
Tənzimləməyə çalışırdılar.: assimilyasiya və izolyasiya
Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul
Etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik,irqi,dini və
Mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.İzolyasiya
Siyasəti 2 formada özünü büruzə verir:
a.O,milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane
olur.
b.Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların
assimilyasiyasına mane olmaq məqsədilə onları təcrid edir.İkinci halda
bu siyasət aparteid adlanır.
Aparteid (afrikaans dilindən tərcümədə “ayrılıq ”,“ayrılıqda yaşamaq
”mənasını verir )Cənubi Afrika Respublikasında 1948-1994 ci illərdə
Tətbiq olunan siyasətdir.,Aparteid siyasəti qeyd olunan dövr ərzində
Hakimiyyətdə olan Milli Partiya tərəfindən aparılırdı.Bu siyasətin
əsasını irqi ayrı -seçkilik təşkil edirdi.Aparteid siyasəti ölkə əhalisini 4
irqi qrupa bölürdü:“qaralar”,“ağlar”,“rənglilər” və “hindlilər”.1960-
1983 illər ərzində 3,5 milyon qeyri -ağ əhali yaşadıqları yerlərdən
Xüsusi zonalara köçürüldü. Hakimiyyətdə olan irqçilər ayrı-
Seçkiliyi həyatın bütün sahələrində tətbiq
Edirdilər.Etnik,irqi,dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə
Yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən
əsrin 60-70 ci illərində əvvəlcə Kanadada ,sonra isə Avropanın bir sıra
çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana
gəlməsinin başlıca səbəblərindən biri olmuşdur


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin