29.Multikulturalizm və sosial-iqtisadi inkişaf Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşvirliyi Xidmətinin təşkilatçılığı ilə IV BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMU ərəfəsində forumda iştirak edəcək yerli və dünyanın tanınmış elm adamları ilə birgə “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Azərbaycandan akademik Kamal Abdullayev, akademik Urxan Ələkbərov, Braziliyadan professor Sudha Svarnakar, İtaliyadan memarPaolo Del Bianko, naşir və politoloq Sandro Teti, Almaniyadan professor Ziqlinde Hartman, İsraildən beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, Rusiyadan professor Aleksandr Nesterov iştirak etmişdir. Dəyirmi masanın moderatoru Dövlət müşavirlik xidmətinin əməkdaşı professor Etibar Nəcəfov olmuşdur.
Humanitar Forum Ərəfəsində “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” Uzaq Braziliyadan yaxın Rusiyayadək – Azərbaycan multikulturalizmi haqqında dəyərləndirmələr.
Məlum olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı onun mənəvi-mədəni inkişafına səbəb olan əsas amillərdən biridir. Digər tərəfdən, tarixi təcrübə göstərir ki, yüksək mənəvi-mədəni inkişaf səviyyəsinə malik olan hər bir ölkədə onun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaranır. Müasir dövrdə sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun lider dövlətinə, iqtisadi inkişaf templərinə görə isə dünyanın lider dövlətinə çevrilmiş Azərbaycanda eyni zamanda stabil mənəvi sıçrayış müşahidə olunmaqdadır.Ölkəmizin sosial-iqtisadi inkişafına qısqanclıqla yanaşanlar onun bu sahədə əldə etdiyi nailiyyətlərdə mənəvi faktorun, xalqımızın yüksək mənəvi- mədəni dəyərlərinin rolunu görmürlər və yaxud görmək istəmirlər. Onlar Azərbaycandakı sosial-iqtisadi inkişafı yalnız onun zəngin karbohidrogen resursları ilə əlaqələndirirlər və bu inkişafda mənəvi faktorun rolunu inkar edirlər. Bu həqiqətənmi belədir? İqtisadi inkişaf hər şeydən təcrid olunmuş şəkildə, bir növ, “vakuumda” baş verə bilərmi?
Yerli və xarici ekspertlərin iştirakı ilə “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda təşkil olunan dəyirmi masada bu suallara cavab axtarılır və Azərbaycanın sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunur.