MultikulturaliZMƏ GİRİŞ



Yüklə 22,82 Kb.
səhifə3/6
tarix01.01.2022
ölçüsü22,82 Kb.
#50368
1   2   3   4   5   6
III Mövzu. Fənnin metodları

Müqayisə. Müqayisə - idrak prosesinin ən geniş yayılmış və universal metodlarından biridir. Bu metod cisim və hadisələrin mahiyyətinin müəyyən edilməsində mühüm rol oynayır. Müqayisənin əsas məqsədi obyektlər arasında oxşar və fərqli cəhətləri müəyyən etməkdən ibarətdir. Buna obyektlərin bir-birilə müəyyən əsasa görə tutuşdurulması vasitəsilə nail olunur. Digər tədqiqat metodları kimi müqayisə də səmərəli olmaq üçün müəyyən tələblərə cavab verməlidir. Belə tələblərdən aşağıdakıları göstərmək olar:

1.Müqayisə bir metod kimi aralarında müəyyən oxşar əlamət olan obyektlərə münasibətdə tətbiq olunmalıdır;

2. Müqayisə cisim və hadisələrin mühüm əlamətləri üzrə aparılmalıdır. Məsələn, iki ölkə arasında müqayisə aparılarkən bu ölkələr arasında müəyyən oxşar əlamətlər olmalıdır. Bu əlamətlər ölkələrin tarixində, coğrafiyasında, etno-siyasi, dini durumunda və ya digər mühüm əlamətində öz əksini tapmalıdır. Deyilənləri nəzərə alaraq, etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin effektivliyi baxımından, məsələn, Azərbaycanla Qazaxstanın müqayisə olunması Azərbaycanla Almaniyanın müqayisə olunmasından daha məqsədəuyğundur, çünki Azərbaycanla Qazaxstanın tarix, coğrafiya, etno-mədəni mühit və s. baxımından oxşar cəhətləri onun Almaniya ilə oxşar cəhətlərindən daha çoxdur.

Ölçü. Ölçü - xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə etməklə obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodur. Bu metod vasitəsilə obyektlərin kəmiyyəti ilə onların xüsusiyyətləri arasında qarşılıqlı münasibət müəyyən edilir.

Ölçü müqayisə metodu ilə bağlıdır. Hər bir müqayisənin aparılması ölçüyə əsaslanır. Buna görə də ölçü müqayisənin əsasını təşkil edir. Lakin müqayisədən fərqli olaraq ölçü daha dəqiq dərketmə prosesidir. Ölçü ətraf mühit haqqında daha dəqiq məlumat verir.

“Multikulturalizmə giriş” fənnində bu metod vasitəsilə dövlətin immiqrant azlıqlar, milli azlıqlar və yerli xalqlar üzrə multikulturalizm siyasətinin indeksləri müəyyən edilir. Qeyd olunan indekslər vasitəsilə bu və ya digər ölkədə multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin vəziyyəti göstərilir.


Yüklə 22,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin