MultikulturaliZMƏ GİRİŞ



Yüklə 22,82 Kb.
səhifə4/6
tarix01.01.2022
ölçüsü22,82 Kb.
#50368
1   2   3   4   5   6
III Mövzu. Fənnin metodları

İnduksiya. İnduksiya (latın dilindən tərcümədə- yönəltmək) - bir tədqiqat metodu kimi biliyin konkret faktlardan ümumi müddəalara doğru hərəkətini ifadə edir. İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir. Nəticədə ümumiləşdirilmiş yeni bilik alınır.

İnduktiv metod “Multikulturalizmə giriş” fənnində çox istifadə olunan metodlardan biridir. Fənnin bir çox nəzəri müddəaları induktiv metodla alınmışdır. Məsələn, cəmiyyətdə dini ekstremizmin yayılmasında savadsızlığın böyük rol oynaması müddəası induktiv yolla əldə olunan faktların ümumiləşdirilməsdir. Ümumi biliyin əldə edilməsində bütün faktlar istifadə olunursa, induksiya tam olur. Əks halda o, natamam olur. Əksər hallarda induktiv metodun tətbiqi zamanı əsasən obyektiv səbəblərdən bütün faktları nəzərə almaq çətindir. Buna görə də natamam induksiyaya daha çox rast gəlinir. Lakin tam induksiyadan fərqli olaraq natamam induksiyada əldə edilən bilik ehtimali xarakter daşıyır.



Deduksiya. Deduksiya - induksiyaya əks olan metoddur. Deduksiya (latın dilindən tərcümədə- çıxartmaq) - bir tədqiqat metodu kimi bir və ya bir neçə ümumi xarakterli həqiqi müddəadan yeni həqiqi biliyin alınmasını səciyyələndirir. Əldə edilən bilik, bir qayda olaraq, zəruri xarakter daşıyır. Natamam induksiyadan fərqli olaraq deduktiv metod vasitəsilə alınan nəticə ehtimal xarakterli deyildir.

“Multikulturalizmə giriş” fənnində induktiv metod kimi deduktiv metodun da istifadə sahəsi genişdir. Bu metod vasitəsilə həqiqiliyi müəyyən edilmiş ümumi müddəalardan məntiqi yolla yeni həqiqi müddəalar əldə olunur. Məsələn, etnik-mədəni müxtəlifliyin multikulturalizm siyasəti vasitəsilə tənzimlənməsinin vacibliyini əsaslandırarkən bir çox tədqiqatçılar tərəfindən həqiqi müddəa kimi qəbul olunmuş müasir dövrdə ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması ideyasına istinad etmək olar.




Yüklə 22,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin