MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu



Yüklə 280,39 Kb.
səhifə21/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
referat 387 (10)

Forfatinq, faktorinqdə olduğu kimi, alacaq hüquqlarının üçüncü şəxsə dövr edilməsidir. Forfatinq metodu ilə ixracatın 80% vəya 90% -ə kimi hissəsi finansə edilir. Çünki forfatinq əməliyyatlarında mal dəyərinin 10% -i və ya 20% -ə qədər hissəsi nağd olaraq ödənilir.
Hazırda dünya miqyasında 300 -ə qədər bank müştəriləri üçün məhz forfatinq xidməti göstərirlər. Forfatinq əməliyyatlarında yer alan tərəflərə 1) ixracatçı şirkət (forfaitist), 2) idxalatçı firma, 3) Forfait, 4) Qarantlı bank aiddir.
Forfatinq əməliyyatlarının I mərhələsində ixracatçı ilə alıcı arasında satış sözləşməsi bağlanılır.
II mərhələdə, forfaiter ixracatçıdan dəyərləndirmə ala bilmək üçün bəzi məlumat və sənədlər istəyir: tələb edilən kreditin həcmi, müddəti, valyuta cinsi, idxalatçının adı, ünvanı, yerləşdiyi ölkə, təminatı verəcək olan bankın adı, sənədlərin məbləği, ixrac edilən malların miqdarı və lazım olan digər sənədlər.
Forfatinq əməliyyatında idxalatçının ödəmədə istifadə etdiyi bank istehsalı, məhsulu olan ticari sənədlər bono və poliçilərdir Bono və poliçilərə idxalatçının bankı tərəfindən aval verilir. İdxalatçının tanınmaması halında, forfaiter aval verilmiş bono və poliçilərə üstünlük verir. Forfatinq əməliyyatlarında ən çox istifadə edilən pullar ABŞ dolları, Avro və İsveçrə Frankıdır.
FƏSİL III. Kommersiya fəaliyyətinə bank nəzarətinin təşkili

    1. Müasir kredit sistemləri və onların tətbiqi prinsipləri

Bazar iqtisadiyyatı şəraitində kredit sistemini öyrənərkən nəzərə almaq lazımdır ki, bu sistem uzun tarixi inkişaf yolu keçmiş çox çətin iqtisadi münasibətlərin reallaşdığı baza əsasında formalaşmışdır.
Azərbaycanda kredit sisteminin formalaşması 1860 –cı ildə Çar Rusiyasında Dövlət Bankının təsis olunduğu dövrə təsadüf edir. Təhkimçilik hüququ və iltizam sisteminin ləğvindən sonra Rusiyanın bütün əyalətlərində olduğu kimi Azərbaycanda da əmtəə -pul münasibətləri sürətlə inkişaf etməyə başlamış və yenicə təşəkkül tapan sənayenin kreditə olan tələbatını ödəmək məqsədilə, kredit müəssisələri şəbəkəsinin yaradılması qarşıda duran vacib vəzifələrdən biri olmuşdur.

O zamanlar Azərbaycanın kredit sistemi iki istiqamətdə inkişaf edirdi. Kredit şəbəkəsi səhmdar (kommersiya banklarının şöbələri, agentlikləri, qarşılıqlı kredit cəmiyyətləri, lombardlar) və dövlət (Dövlət Bankının şöbəsi, xəzinədarlıq, əmanət kassaları, kiçik kredit müəssisələri) kredit müəssisələrindən ibarət olmuşdur.
Ümumiyyətlə 1917 –ci ilin məlumatlarına görə, Azərbaycanın kredit sisteminə
28 kommersiya bankı, 7 ipoteka krediti bankı, 5 bankir kontoru, 13 xəzinədarlıq, 135 kiçik kredit müəssisəsi və s. daxil idi.

Bankir kontoru Xəzinədarlıq Kiçik kredit müəssisəsi
İpoteka krediti bankı Kommersiya bankı

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin