MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Sxem 3.1. Azərbaycan kredit sisteminin quruluşu (1917 –ci il)



Yüklə 280,39 Kb.
səhifə22/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   18   19   20   21   22   23   24   25   ...   29
referat 387 (10)

Sxem 3.1. Azərbaycan kredit sisteminin quruluşu (1917 –ci il)
O zamanlar Azərbaycan kredit sistemi bütün Zaqafqaziyada ən geniş şəbəkəli kredit sistemi hesab olunurdu. Lakin buna baxmayaraq , kredit sistemində aparılan islahatlar davam etdirilirdi. Belə ki, Maliyyə Nazirliyinin kredit şöbəsi Dövlət Bankının nizamnaməsini hazırlayıb, baxılmaq üçün onu parlamentin müzakirəsinə təqdim etmişdi. Dövlət bankının nizamnaməsi 1919 –cu ilin sentyabrında parlament tərəfindən təsdiqlənir və bir neçə gündən sonra bankın açılışı olur.
Dövlət bankının yaradılması pul –kredit sisteminin tənzimlənməsində xüsusi rol oynamışdır. 1918 –ci ilin dekabr ayında bankın balansının ümumi dövriyyəsi 653 mln. manatı ötüb küçmişdir. 1920 –ci ilin vəziyətinə isə balansın valyutası (aktiv –passivlərin yekunu) artıq 1.354 mln. manata bərabər idi.
Lakin sonradan Azərbaycanın SSRİ –nin apardığı işğalçı siyasətin qurbanına çevrilməsi və 1991 –ci ilə qədər işğal altında qalması kredit sistemində də müəyyən durğunluğun olmasına gətirib çıxarmışdır. 1991 –ci ildə artıq müstəqillik qazanıldıqdan sonra isə 1992 –ci ilin avqust ayının 7 –də Azərbaycan Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqında” ilk milli qanunlar qəbul edilmişdir. Qanunlar qüvvəyə mindikdən sonra artıq Azərbaycanda kredit sistemi xeyli genişlənmişdir.
Cədvəl 3.1. Azərbaycan kredit sistemi (1992 –ci il)

Qeyd etmək lazımdır ki, 1992 -1994 –cü illər ərzində obyektiv və bəzi subyektiv amillər üzündən ölkədə özəl kommersiya banklarının kütləvi yaradılması müşahidə olunmuşdur. Belə ki, 1994 –cü ilin mart ayında rəsmi qeydiyyata alınmış kommersiya banklarının sayı 240 –a çatmışdır. Təbii ki, burada yüksək inflyasiya prosesinin bankların sayının artımına stimullaşdırıcı təsiri birinci planda dayınırdı.


1995 -1996 –cı illərdə yaranmış iqtisadi sabitlik, 1992 –ci ildə qəbul olunmuş bank qanunlarına yenidən baxılmasını zəruri etmişdir. Beynəlxalq maliyyə -kredit təşkilatlarının tövsiyyəsi ilə Azərbaycan Respublikasının prezidenti tərəfindən 10 iyun 1996 –cı ildə “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, 14 iyul 1996 –cı ildə “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları yenidən işlənmiş və imzalanmışdır. Artıq bu qanunlar qüvvəyə mindikdən sonra isə Azərbaycanda yeni müasir kredit sistemi formalaşmağa başlamışdır.
Pul-Kredit (monetar) siyasəti müasir makroiqtisadi siyasətin əsas elementidir. O kredit sisteminin fəaliyyətini tənzimləyən borc kapitalları bazarının, nağdsız hesablaşma qaydalarının, pul tədavülü və kredit göstəricilərinin və s. məcmusundan ibarət dövlət tədbirləri sistemini özündə əks etdirir. Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur :1) Funksional forma; 2) İnstitsional forma. Funksional forma –kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma -maliyyə -kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır. Kredit sisteminin institsional strukturunun aparıcı istiqaməti banklardır.Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edirdi.
Kredit sistemi o zaman bütöv və obyektiv olar ki, o, aşağıdakı 3 elementi özündə əks etdirsin:
1- Kredit münasibətləri sistemini
2- Kredit idarələri sistemini
3- Kreditləşmə sistemini
Kredit sisteminin hər bir ünsürünün öz əhəmiyyətinə baxmayaraq, həlledici rol kredit idarələrinin fəaliyyətini və kredit sisteminin quruluşunu müəyyən edən kreditə məxsusdur.
XX əsrin sonlarında bank sisteminin təşkilati strukturunun dəyişdirilməsi, bankların rolunun, onların iqtisadiyyatın inkişafında təsir gücünün artırılması, kreditin təsir edici ünsürə çevrilməsi başlıca məqsədlərdən idi. Bu zaman aşağıdakı 3 mexanizm irəli sürüldü:
1 İkipilləli bank sisteminin yaradılması (Mərkəzi emissiya bankı və iqtisadiyyata xidmət edən ixtisaslaşdırılmış dövlət bankları)
2 İxtisaslaşdırılmış bankların bütövlükdə təsərrüfat hesabına və özünümaliyyələşdirmə mexanizminə keçməsi
3 Təsərrüfatın ayrı –ayrı sahələri üzrə müəssisələrin kredit münasibətlərinin müxtəlif forma və metodlarının təkmilləşdirilməsi
Kredit sistemində əsas mövqe Mərkəzi Bankındı. Onun əvvəllər yerinə yetirdiyi müəssisə və təşkilatların kreditləşdirilməsi və onlar arasındakı hesablaşmaların aparılması funksiyası müvafiq ixtisaslaşdırılmış banklara verildi. Burada əsas məqsəd emissiya fəaliyyətini yerinə yetirən bankı iqtisadiyyatın kreditləşdirilməsi fəaliyyətini yerinə yetirən banklardan ayırmaq idi.
Kredit sahəsində iqtisadi münasibətlər sisteminin kompleks şəkildə yenidən qurulması əsas məsələlərdən biri idi. Bu proses 1988-ci ildən ilk kommersiya banklarının yaradıldığı dövrdən həyata keçirilməyə başlanmışdır ki, bu da öz növbəsində müasir kredit sistemində bazar münasibətlərinin formalaşması və strukturunun təməli hesab olunur. Ümumiyyətlə kredit sisteminin əsas hissəsi olan bank sistemində əhəmiyyətli dəyişiklik ikipilləli bank sisteminin yaradılması ilə nəticələndi. Onun birinci pilləsində Mərkəzi bank, ikinci pilləsində isə kommersiya bankları və ayrı-ayrı bank əməliyyatlarını həyata keçirən digər maliyyə-kredit qurumları dururdu. Beləliklə müasir kredit sistemi özündə Dövlət bankını, kommersiya banklarını, xarici bankların filialları və nümayəndəlikləri, bank olmayan kredit təşkilatlarını, əmanət birlikləri, finans şirkətləri, kredit təşkilatları assosiasiyaları və ittifaqları , bank qrupları və holdinqləri cəmləşdirir.
Müasir kredit sistemi 2 əsas anlayışı özündə birləşdirir :
1) Kreditləşmənin müəyyən formaları və metodları üzərində bazalaşan hesablama-kredit və ödəniş münasibətlərinin məcmusu
2) Fəaliyyət göstərən maliyyə-kredit institutlarının məcmusu
Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi banklar təşkil edir. Mərkəzi bank yuxarıda qeyd etdiyimiz kimi ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum kommersiya banklarıdır. Kommersiya bankları –bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir.Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir.
Kredit sisteminə daxil olan digər qurumları nəzərdən keçirək:

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin