MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Cədvəl 3.2. 3 Kredit təşkilatları haqqında ümumi məlumat (dövrün sonuna)



Yüklə 280,39 Kb.
səhifə24/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   21   22   23   24   25   26   27   28   29
referat 387 (10)

Cədvəl 3.2. 3 Kredit təşkilatları haqqında ümumi məlumat (dövrün sonuna)


3.2 Kommersiya strukturlarında kredit sisteminin təşkili xüsusiyyətləri
Müasir təsərrüfatçılıq şəraitində iqtisadi mexanizmin mühüm elementlərindən biri də iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsi təşkil edir.
Kredit ticarət müəssisəsinin dövriyyə vəsaitinin mühüm mənbələrindən biri hesab olunur.
Kommersiya strukturlarında müstəqil fəaliyyət göstərən müəssisənin maliyyə vəziyyəti, dövriyyə vəsaitlərinin yaradılmasında özünün xüsusi dövriyyə vəsaitləri ilə birlikdə cəlb olunmuş vəsait, onun geri qaytarılması və vəsaitlərdən effektli istifadə olunması imkanları və s. bu kimi şərtlərdən asılıdır.
Kredit ticarət müəssisələri işinin effektivliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Bu hər şeydən əvvəl onunla şərtlənir ki, malların satınalınması və onların satışından daxil olan pul vəsaiti eyni vaxtda baş vermir. Çünki mallar fasiləsiz olaraq satılır, mal ehtiyatları isə vaxtaşırı təzələnir. Bununla bağlı, müəssisədə normal mal ehtiyatlarının yaradılmasında özünün xüsusi dövriyyə kapitalı ilə yanaşı müəyyən miqdarda cəlb olunmuş borc vəsaitlərindən də istifadə olunur.
Kredit, əsasən, maliyyə möhkəmliyi yüksək və etibarlı olan kreditqabiliyyətli müəssisələrə verilir. Dünya təcrübəsi göstərir ki, alınmış kreditin geri qaytarılması prinsipi baxımından girov, havadarlıq, zəmanət də ən etibarlı təminat formasıdır. Təminat forması kimi borc öhdəlikləri və səhmlərdən də geniş istifadə olunur.
Bazar iqtisadiyyatı şəraitində kreditin iki əsas, ticarət və bank krediti növlərindən geniş istifadə olunur.
Ticarət krediti. Bu mal tədavülü sferasında (kommersiya sahəsində) fəaliyyətdə olan sahibkarların bir –birinə verdikləri kreditdir. Kreditin bu növü mal satışının sürətləndirilməsində əhəmiyətli rol oynayır.
Malların kreditlə satışı və satınalınması zamanı saziş sənədi kimi vekseldən istifadə olunur. Veksel haqqında ikinci fəsildə müəyyən qədər məlumat vermişdik. Qeyd edək ki, veksel şərtsiz və mübaliğəsiz borc sənədidir. Öz malını kreditlə satmış sahibkar alıcıdan əldə etdiyi vekseli banka verir, bank isə vekseldə göstərilən məbləği müəyyən faiz çıxılmaqla dərhal sahibkara təqdim edir. Veksel verən şəxs, vekselin müddəti qurtardıqda pulu daha sahibkara deyil, banka verir. Bu əməliyyatla ticarət krediti bank krediti ilə əlaqələndirilir.
Bank krediti. Bir qayda olaraq ticarət krediti sahibkarların bütün tələbatlarını ödəmək iqtidarında deyildir. Ticarət kreditindən fərqli olaraq, bank krediti istehsalda və ya tədavüldə istifadə olunan vəsait hesabına deyil, müvəqqəti sərbəst olan və tətbiq olunmaq sahəsi axtarılan pul hesabına verilir.
Artıq məlumdur ki, iqtisadiyyatın maliyyə vəsaitlərinin çatışmazlığını hiss edən bütün subyektlərə kreditləri məhz kredit sisteminin mühüm hissəsini təşkil edən banklar verir. Banklar kredit əməliyyatları həyata keçirmək üçün təkcə özünəməxsus kapitaldan deyil, eyni zamanda, cəlb edilmiş vəsaitlərdən də istifadə edir.
Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə dövriyyə vəsaitinin çatışmamazlığının aradan qaldırılması üçün onların mülkiyyətçiləri bank kreditlərindən istifadə etməli olurlar. Bu, mülkiyyətçilər üçün ona görə sərfəlidir ki, bank onlar üçün müqavilə əsasında səmərəli variantlarda zəmanət və ya girov əsasında lazım olan müddətdə, istənilən məbləğdə vəsaitləri ayıra bilir. Beləliklə mülkiyyətçinin pul vəsaitlərinə ciddi təlabat olduğu dövrdə heç bir mənbə bank krediti kimi sərfəli şəkildə bu təlabatı ödəyə bilmir. Əgər mülkiyyətçi digər mənbələrdən vəsait cəlb etmək istəsə, bu onun üçün digər ağır şərtlərin meydana çıxmasına səbəb ola bilər. O, ya mülkiyyət hüququ ilə bölüşməli, ya da əldə olunacaq gəlirin bir hissəsini itirməlidir.
Bank kreditindən istifadə zamanı mülkiyyətçi yalnız öz arzu və istəyi ilə sərbəst hərəkət edir və bank tərəfindən edilən təklifləri müstəqil olaraq ayırd edir. Mülkiyyətçilərlə bu münasibətdə olarkən bank özü də maraqlı tərəf kimi çıxış edir. Bir tərəfdən bank krediti vasitəsilə maliyyələşmə prosesini apararaq ölkə iqtisadiyyatının inkişafına kömək edir, yaranan sosial problemlərin həllinin yardımçısına çevrilir. Digər tərəfdən mülkiyyətçi ilə qarşılıqlı razılaşma əsasında bağladığı müqaviləyə görə sərəncamında olan sərbəst vəsaitləri dövriyyəyə buraxaraq mənfəət əldə etmək üçün kommersiya məqsədlərini reallaşdırmış olur. Əldə edilən mənfəətdən vergi ödəyərək yenə də sosial instituta çevrilir.
Məhz bazar iqtisadiyyatına keçid dövründə kreditin əhəmiyyəti bu mexanizm reallaşarkən özünü göstərir. Ümumiyyətlə keçid dövründə bank krediti iqtisadi inkişafı şərtləndirən ,onu sürətləndirən mühüm bir amil kimi çıxış edir.
Məhz banklar krediti ən çox, müvəqqəti finans yardımına ehtiyyacı olanlara verir. Bu da təsadüfi deyil, çünki əsas fəaliyyəti kredit işi olan banklar xüsusi bir subyektdir.
Bank kreditinin başlıca xüsusiyyəti ondadır ki, geri qaytarılma əsasında pul vəsaitlərinin dönə -dönə dövranı və dövriyyəsini həyata keçirən banklar daha çox şəxsi kapitalından deyil, cəlb edilmiş resurslardan istifadə edir. Müəyyən subyektərdən borc götürüyü pul vəsaitlərini bank digər hüquqi və fiziki şəxslər arasında yenidən bölüşdürür.Eyni zamanda bank sadəcə pul vəsaitlərini deyil, pulu kapital şəklində borc verir. Bu o deməkdir ki, borc alan bankdan götürdüyü vəsaitləri elə istifadə etməlidir ki, təkcə onların kreditorlara qaytarılmasını deyil, həm də ən azı borc faizini ödəməkdən ötrü kifayət edən mənfəət əldə etsin.
Bank kreditinin obyekti ticarət və sənaye kapitalından ayrılmış pul kapitalıdır. Borc alan kimi dövlət, fiziki və hüquqi şəxslər, o cümlədən bankların özü də çıxış edir.
Banklar bir subyektdən borc götüdüyü pul vəsaitlərini başqa subyektlər arasında bölüşdürür. Bu zaman bank götürdüyü kreditə görə də faiz ödədiyindən onun faizləri kommersiya kreditinin faizlərindən yüksək olur. Banklar hüquqi və fiziki şəxslər arasında pul vəsaitlərini bölüşdürdüyü zaman pulu kapital şəklində verir.
Kreditlərin qaytarılmasında problemlərin yaranmaması məqsədilə kreditorlar mütəmadi olaraq kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət edirlər. Bu nəzarətin məqsədi borclananın maliyyə - təsərüffat fəaliyyətində yarana bilən problemləri vaxtında görməkdən ibarətdir. Belə halda kreditor problemin yarandığı ilkin mərhələdə borcalana qarşı kreditin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasını təmin edən tədbirlər həyata keçirir. Bu tədbirlər borcalanın fəaliyyətində dəyişiklik edilməsindən, kreditin ödənilməsi qrafikinin dəyişdirilməsi, kreditin və ona hesablanmış faizin ödənilməsi şərtlərinin yenidən baxılmasından ibarət ola bilər.
Kreditlərin qaytarılması ilə bağlı problemlərin aydınlaşdırılması hər şeydən əvvəl borcalanın maliyyə hesabatlarının təhlili vasitəsi ilə, borcalana şəxsi, canlı təmas, fərdi ünsiyyət vasitəsilə, digər mənbələrdən və banka məxsus olan şöbələrin topladığı materiallar və məlumatlar əsasında mümkündür.
Banklar tərəfindən aparılan təhlillər və araşdırmalar, problemli borcların yaranma səbəblərini göstərir ki, onları da iki qrupa ayırmaq olar. Birincisi maliyyə vəziyyəti ilə bağlı səbəblərdən, ikincisi qeyri – maliyyə vəziyyəti ilə bağlı səbəblərdən ibarətdir. Birinci qrupa borcalanın fəaliyyət həcminin kəskin azalması, bunun əsasında likvidlik və ödəmə əmsalının düşməsi, borcların kəskin artması, zərərlərin çoxalması, hesablaşmaların dayanması və onların qaydasındakı dəyişikliklər və s. kimi səbəblər aiddir. İkinci qrupa müəssisə rəhbərliyində dəyişiklik, onun planlarının dəyişməsi, onun bankla əlaqələrinin zəifləməsi, məsuliyyət hissinin zəifləməsi, borcalanın öz kontragentlərini itirməsi və s. kimi səbələr aiddir.
Bütün bu görülən tədbirlər heç bir nəticə vermədikdə borcların vaxtında qaytarılmaması və ümumiyyətlə qaytarılmaması nəticəsində dəyər zərər təşkilatın əsas fəaliyyətinin nəticələrinə aid edilərək ehtiyat fondu hesabına silinir.
İqtisadiyyatın inkişafı və hesablaşmaların artması ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları da artırmışlar. Sənayenin inkişafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafina gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyyətin inkişafına, universal fəaliyyətə gətirib çıxarmışdır.
Hal-hazırda kommersiya banklarının bir neçə növdə kredit verməsi barəsində özlərində resurs yaratmalarının lazımi nəzəri zəmini yaradılmışdır. Bu mülahizələr onunla izah olunur ki, kredit təşkilatları krediti verir və paralel olaraq əslində bu əməliyyatla hazırlanmış malgöndərəndən istehlakçıya göndərilən material qiymətlərinin əsasında kredit resursları yaradır.
Hal –hazırkı keçid dövründə kommersiya sahəsinin inkişafında kreditin rolu əvəzedilməzdir. Milli iqtisadiyyatın yenidən qurulduğu bir zamanda ölkənin öz istehsalı olan malların xüsusi çəkisinin yüksək olması vacibdir. Buna da yalnız yerli müəssisələrin sürətli inkişafı nəticəsində nail olmaq olar. Yeni yaranan müəssisələrin vəsait çatışmamazlığını nəzərə alsaq, kreditin zəruriliyini aydın görmək olar. Beləliklə, yeni yaranmış müəssisələrin əsas və dövriyyə fondlarının maliyyələşməsi, yeni biznesin yaradılmasındakı maliyyə problemlərin aradan qaldırılmasının yeganə yolu bank kreditləridir.
Fərdi dövretmə baxımından kreditin vəzifəsi dövriyyə vəsaitlərinin formalaşdırılması, yaradılması mənbəyi kimi nəzərdən keçirilməlidir. Bu halda fasiləsiz və ardıcıl iqtisadi hərəkəti əks etdirən fondlar dövretmə prosesində eyni vaxtda üç formada mövcud olur: pul, istehsal və hazır məhsul. Buradan belə bir nəticə hasil olur ki, hər bir anda fondların bir hissəsi istehsal, bir hissəsi isə tədavül sferasında olur.
Kommersiya strukturunda olan müəssisə və təşkilatlarda fondların dövretmə prosesində müxtəlif mərhələlərdə əlavə dövriyyə vəsaitlərinə müvəqqəti ehtiyac yaranır, həmçinin elə vaxt olur ki, sərbəst vəsaitlər yaranır. Əgər müəssisə və təşkilatların xüsusi dövriyyə vəsaitləri bütün il ərzində maksimum həddində olarsa, onda bu halda vəsaitlərin bir hissəsi artıqlıq təşkil edir ki, bu da kommersiya hesabının zəifləməsinə gətirib çıxarır. Digər halda isə, yəni müəssisə və təşkilatların dövriyyə vəsaitləri il ərzində minimum həddində olarsa, bu halda vəsaitlərin çatışmazlığı yarana bilər ki, bu da son nəticədə kommersiya fəaliyyətinə özünün mənfi təsirini göstərir. Əgər müəssisə və təşkilatların dövriyyə vəsaitləri il ərzində orta tələbat həddində olarsa bu halda orta həddin xarakterinə uyğun olaraq vəsaitlərin gah artıqlığı, gah da çatışmazlığı yaranır.
Müəssisə və təşkilatlarda dövriyyə vəsaitlərindən səmərəli istifadə olunması üçün bir çox amillər nəzərə alınmalı və əsas götürülməlidir. Ən mühüm amil müəssisələrdə istehsal və satışın tələbinə uyğun olaraqdövriyyə fondları ilə təminatın lazımi səviyyəyə uyğunlaşdırılmasıdır. Buna nail olmaq üçün kredit təşkilatlarından, istər bank, istərsə də digər kreditorlardan alınmış borc vəsaitlərinin nisbətinin məhdudlaşdırılması vacib şərtdir.
Müəssisə və təşkilatların fəaliyyəti zamanı təkrar istehsal prosesinin xüsusiyyətlərindən asılı olaraq istehsal və dövriyyə fondlarına olan tələbatın bu və ya digər şəkildə dəyişməsi kreditə ehtiyac yaradır. Kredit vasitəsi ilə dövriyyə vasitələrinə olan olan tələbatla faktiki qalıq arasındakı uyğunsuzluq aradan qalxır.
Kredit borc kapitalının hərəkət forması olmaq etibarilə müəssisə və təşkilatların tələbatlarının dəyişməsində elə təminatı həyata keçirir ki, bunu müəssisənni xüsusi dövriyyə vəsaitləri hesabına etmək mümkün deyildir. Buna görə də kredit xüsusi iqtisadi əhəmiyyətə malikdir.
Hal-hazırda bütün bazar iqtisadiyyatlı ölkələr kimi Azərbaycanda da kredit qoyuluşlarının həcmi gündən -günə artmaqdadır. Kredit qoyuluşunun 2000 -2009 –cu illərdə bəzi sahələr üzrə strukturuna baxdıqda, məhz burada ticarət sahəsinə qoyulan kreditlərin üstünlük təşkil etdiyini görə bilərik:


Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin