MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Xarici ölkələrin kredit sistemlərinin kommersiya fəaliyyətinə təsiri



Yüklə 280,39 Kb.
səhifə26/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   21   22   23   24   25   26   27   28   29
referat 387 (10)

3.3 Xarici ölkələrin kredit sistemlərinin kommersiya fəaliyyətinə təsiri
Müasir dövrdə dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə II Dünya müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə qurumları, beynəlxalq kredit sistemi qurulmağa başlamışdır. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım qurumları meydana çıxmışdır. İstər beynəlxalq, istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə qurumlarının ortaq məqsədləri aşağıdakılardır: Beynəlxalq mal alış –verişində ödəmə güclüklərini aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək; iqtisadi birləşmə, sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyinə stimul yaratmaqdır.
Beynəlxalq kredit təşkilatlarının maliyyə fəaliyyətlərindəki əməliyyatları bir –birindən fərqlənir. Bunun səbəbi də kreditlərin çeşidliyindədir. Qısa və orta müddətli valyuta kreditləri verən quruluşlar kredit verərkən iki başlıca mövzuya önəm verirlər. Bunlardan biri kredit tələbində olan üzv ölkələrin valyuta ehtiyatlarındakı çatışmazlıqlar, ikinci şərt isə kredit tələb edən ölkələrin geri ödəmə istəyini isbatlaması tələbidir. Uzunmüddətli investisiya kreditləri verən beynəlxalq kredit təşkilatlarının bəzi fərqli özəllikləri vardır. Bu özəllikləri beş nöqtədə açıqlaya bilərik: mənfəət məqsədləri yoxdur, yardım prinsipi vardır, hissəvi finansman əsası mövcuddur, layihə finansman əsası mövcuddur və beynəlxalq iştirak əsası vardır. İndi isə bunları açıqlayaq:
- Mənfəət məqsədləri. Avropa İnvestisiya Bankının sözləşməsinin 130 –cu maddəsində açıq bir şəkildə bankın maliyyə fəaliyyətinin məqsədi göstərilmiş və qeyd olunmuşdur ki, o, mənfəət əldə etmədən fəaliyyət göstərməlidir. Ancaq bankların maliyyə fəaliyyətlərində mənfəət məqsədi güdməməsi, onların mənfəət əldə etmələrinə mane olmur. Bu quruluşlar kredit verdikləri zaman faiz qoymaqla və təbii ki, mənfəət əldə etməkdədirlər. Ancaq əldə edilən mənfəət bölüşdürülmədiyindən bir ehtiyat fonduna yığılır.
- Yardım prinsipi. Uzunmüddətli investisiya krediti verən beynəlxalq kredit təşkilatlarının hamısının finansman fəaliyyətlərində yardım prinsipi vardır.
- Uzunmüddətli investisiya krediti verən beynəlxalq kredit təşkilatlarının böyük bir bölümü hissəvi finansman əsasında fəaliyyət göstərirlər. Yəni kredit tələbində olunaraq digər qaynaqlardan da kredit təmin edilməsini şərt qoyurlar.
- Uzunmüddətli investisiya krediti verən quruluşlar. Yüksəliş planları kimi geniş əhatəli investisiyanın həcmli bölmələrini təşkil edən layihələrin finanslarında yaxından iştirak edirlər.
- Beynəlxalq iştirak əsası. Beynəlxalq maliyyə quruluşları iri miqyaslı layihələrin maliyyələşdirilməsində iştirakçı kimi yer alır.
Beynəlxalq kredit sisteminin əsasını təşkil edən ən mühüm maliyyə təşkilatı Beynəlxalq Valyuta Fondudu (BVF). Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, ölkələr arasında ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq kommersiya münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.
BVF anlaşmada müəyyən edilən qaydaları pozan və öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı cəza tətbiq edə və bu ölkələrə verilən kreditləri kəsə, hətta üzvlükdən xaric edə bilər. BVF tərəfindən verilən kreditlər CDR (kreditlər) pul vahidi ilə verilir. Fond tərəfindən saxlanan kreditlər “Stand Bu Anlaşmaları” ilə “iqtisadi sabitlik proqramları” çərçivəsində verilir. “Stand Bu Anlaşmaları”nda bir niyyət məktubu hazırlanır. Niyyət məktubunda hökumətin iqtisadi və maliyyə siyasəti göstərilir.
Beynəlxalq kredit sisteminin daha bir mühüm təşkilatı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BYİB (İnternational Bank for Reconstruction and Devolopment, İBRD) 1946 –cı ildə beynəlxalq Bretton –Vuds maliyyə konfransının (1944 –cü ildə) qərarına əsasən digər kredit orqanlarından əvvəl yaradılmışdır. Üç filialı ilə birlikdə (Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnkişaf Assosiyasiyası və İnvestisiyaların Zəmanəti üzrə Beynəlxalq Agentlik) onu Dünya Bankı (World Bank group) adlandırdılar. Bu beynəlmiləl maliyyə İnstitutu beynəlxalq kredit münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır.
Ümumilikdə BYİB real sektora və burada xüsusilə ticərət bə xidmət sahəsinə böyük məbləğli kreditlər ayırmaqla digər kredit təşkilatlarından fərqlənir. Bu kreditlər iqtisadi və sosial inkişafın daha yüksək mərhələsinə qalxan İEOÖ -ə təqdim olunur. Borclar ancaq BVF –nin üzvlərini qane edici şərtlər çərçivəsində, özəl kapital onlar üçün əlçatmaz olduğu zaman təqdim olunur. Kreditlər adətən 5 illik gözəşt müddətinə malik olur və 15 ilə və ya daha qısa müddətə qaytarılmalı şərti ilə verilir.
BYİB –nin filialı olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) (İnternational Finance Corporation, İFC) 1950 –ci ildə ABŞ –ın təşəbbüsü ilə əsasən İEOÖ –də birbaşa investisiyaların vasitəsilə (bir sıra hallarda uzunmüddətli kreditlərin əlavəsi ilə) özəl sektorun inkişafına təsir etmək məqsədilə yaradılmışdır. BMK –nın maliyyə resursları iştirakçı ölkələrin üzvlük haqqlarından ibarətdir. Bu vəsait ölkələrin BYİB –dəki üzvlük haqqlarına müvafiqdir. BMK –nın idarə metodları BYİB –nin idarə metodlarına uyğundur. Kreditlər daha çox xüsusən kommersiya sahəsində rentabelli ticarət firmalarına 5 ildən 15 il müddətinə dövlət zəmanəti tələbi olmadan verilir.
BMK –nın əsas məqsədi özəl sektorun fəaliyyətini genişləndirmək, ölkənin iqtisadi inkişafına, ticarət münasibətlərinin genişləndirilməsinə yardım etməkdir. Bu aşağıdakılarda öz əksini tapır:
- özəl investorlarla və idarəetmə orqanları ilə birlikdə istehsalla məşğul olan özəl müəssisələrə uzunmüddətli kreditlərin verilməsi
- ehtiyat və zəmanətlərin köməri ilə yerli kapital bazarlarının inkişafının dəstəklənməsi
- özəl müəssisələrə maliyyə və texniki yardım göstərməklə beynəlxalq kapital axınının stimullaşdırılması.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin