Sosial təbəqə (social class) – hər bir cəmiyyət hər hansı bir sosial təbəqələşmə strukturuna malik olur. Sosial təbəqə cəmiyyətin nisbətən daimi və müəyyən qanunauyğunluğa cavab verən qatıdır. Hər hansı təbəqəyə mənsub olan fərdlər oxşar dəyərləri, maraqları və davranışları ilə digərlərindən fərqlənirlər. Məsələn, Azərbaycanda super varlılar, varlılar, çox cüzi orta təbəqə, yoxsul ziyalılar və kasıb kütlə kimi sosial qruplar ayırmaq olar. Marketoloqlar eyni sosial təbəqələr ilə ona görə maraqlanırlar ki, eyni sosial təbəqəyə məxsus insanlar adətən eyni alıcı davranışını da nümayiş etdirirlər.