MüNDƏRİcat giriş fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları


Şəkil 4. İstehlakçının davranış modeli



Yüklə 264,66 Kb.
səhifə16/38
tarix28.12.2021
ölçüsü264,66 Kb.
#15181
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
Şəkil 4. İstehlakçının davranış modeli

Şəkildən göründüyü kimi, xarici – marketinq ilə bağlı stimullar 4 element (4P) : məhsul, qiymət, bölüşdürmə və yayım və “hərəkət etdirilmə”dən ibarətdir; qalan stimullar isə istehlakçını əhatə edən mühitdən asılıdır: iqtisadiyyat, texnologiya, siyasət, mədəniyyət. Bunlar “təhtəlşüura” daxil olur və istehlakçılarda məhsul, marka, vasitəçi, alqı vaxtı, alqı həcmi seçimi üçün müəyyən reaksiyalar yaranır. Marketoloqlar anlamağa çalışırlar ki, “qara qutu”da stimullar necə reaksiyaya çevrilir. Qutu özü 2 hissədən ibarətdir: 1) istehlakçının xarakteristikaları (bunlar istehlakçının stimullaşdırıcı priyomları necə qəbul etməsi və reaksiyasına güclü təsir göstərir).



İstehlakçıların alışlarına şəkil 5 – də göstərilən mədəni, sosial, fərdi və psixoloji amillərin güclü təsiri vardır. Əksər hallarda marketoloqlar belə amillərə nəzarət etmək iqtidarında olmurlar, lakin onları nəzərə almalıdırlar. Biz bu keyfiyyətləri şərti Məmməd adında ixtiyari alıcı timsalında həyata keçirəcəyik. Məmməd evlidir, institut məzunudur və qablaşdırılmış istehlak malları istehsal edən aparıcı şirkətin brend meneceri vəzifəsində çalışır. O, istəyir ki, iş günündən fərqli olan bir istirahət növünü tapsın. Bu ehtiyac onu kamera alması və fotorəssamlıqla məşğul olması haqqında düşünməyə vadar edir. Onun keçmişinə xas olan keyfiyyətlər kameraların dəyərləndirilməsi və brendin seçilməsi yollarına təsir edəcəkdir.




Yüklə 264,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin