MüNDƏRİcat giriş fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları



Yüklə 264,66 Kb.
səhifə13/38
tarix28.12.2021
ölçüsü264,66 Kb.
#15181
1   ...   9   10   11   12   13   14   15   16   ...   38
Müşahidə metodu – da situasiyon yanaşmanın bir növüdür. O, bazardakı müəyyən bir situasiyada istehlakçıların özlərini necə aparmalarının öyrənilməsini nəzərdə tutur, məsələn, istehlakçıların vitrinin tərtibatına reaksiyasının öyrənilməsi və s. Qeyd edək ki, son zamanlar sırf məhsulların vitrinlərdə düzülüş qaydalarına əsaslanan merçendayzinq öz yerini tutmuşdur və ayrıca bir sahə kimi öyrənilməyə başlanılmışdır. Öyrənilməsi əhəmiyyətinə gəldikdə isə qısaca bu statistikanı xatırlatmaq yerinə düşər ki, aparılan araşdırmalara görə mağazaya daxil olan hər 10 alıcıdan 7 – si bu və ya digər məhsulu alması haqqında qərarını elə mağazanın içində müəyyənləşdirir. Çox təəssüflər olsun ki, bir – iki firmanı çıxmaq şərtilə Azərbaycanda yerdə qalan firmalar öz məhsullarının vitrin düzülüşlərinə o qədər də önəm vermirlər. Lakin merçendayzinq sistemini tətbiq edən firmalara nümunə kimi isə “Nurgün Şirkətlər Qrupu”nu və “Azərsun Holdinq”i göstərə bilərik. Movzudan uzaqlaşmayaraq qeyd edək ki, bu metod çərçivəsində heç də İD-ni müəyyən edən bütün amillər nəzərə alınmır; davranış motivləri, istehlakçıların maraqları, psixoloji amillər tədqiqatdan kənarda qalır ki, bu da bəyənilən hal deyil, çünki İD sferasında ən önəmli yeri psixoloji amillər, motivasiya və s. tutur.


Yüklə 264,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin