Bərk gedənlər: kompüter texnologiyalarına ən çox pul buraxanlardır. Onlar karyeraya marağı olan, vaxtın qədrini bilən, texnologiyadan asılı olan və onu ən çox istifadə edənlərdir.
Yeni əsrin yetirmələri: onlar da çox xərcləyirlər. Lakin, onlar daha çox evdə istifadə olunan texnologiyalarla maraqlıdırlar, məsələn, ailəvi təhsil və əyləncə.
Siçan kartofları: interaktiv əyləncəyə sadiq qalan və axırıncı manata kimi “texnoəyləncəyə” pul xərcəlməyə hazır olanlara deyilir.
Texno – cəngavərlər: karyera irəliləyişini texnologiyalara bağlayan istehlakçılar.
Ənənəçilər:baza biliklərdən artıq olan texnologiyalara şübhə ilə yanaşan kiçik-şəhər əhalisi.
Həyat tərzi konsepsiyası ehtiyatla tətbiq edilən zaman, dəyişən istehlakçı dəyərlərinin və onların alıcı davranışına olan təsirlərin marketoloqlara başa düşməkdə köməklik göstərir. Məsələn, elə bizim misalda Məmməd bacarıqlı ailə başçısı, karyeralı peşəkar və ya sərbəst həyat tərzini yaşayan rollardan birini və ya hər üçünü seçə bilər. O, bir neçə rolu oynayır və bu rolların qarışığı onun həyat tərzini təşkil edir. Əgər o, peşəkar fotoqraf olsa, bu onun həyat tərzini dəyişdirib, onun nəyi və necə almasını da dəyişdirəcəkdir.