MüNDƏRİcat giriş fəsil Müasir marketinqdə istehlakçı davranışı və onun elmi – nəzəri əsasları



Yüklə 264,66 Kb.
səhifə20/38
tarix28.12.2021
ölçüsü264,66 Kb.
#15181
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
Qruplar (groups) – fərdi və ya birgə məqsədlərə nail olmaq məqsədilə iki və daha çox insanın qarşılıqlı əlaqəsidir. İstehlakçının davranışına bir çox qruplar birbaşa və dolayı yolla təsir edir. Birbaşa təsirə malik olan qruplar üzvlük qrupları adlanır. Burada münasibətlər uzunmüddətli və dayanıqlı olur. Üzvlük qruplarına misal kimi ailəni, dostları, qonşuları, həmkarları göstərmək olar. Bundan başqa insanlar adətən ikinci qruplara mənsub olurlar ki, bu qruplar adətən formal xarakter daşıyır və münasibətlər daimi olmur. Buraya müxtəlif dini təşkilatları, həmkarlar ittifaqlarını, azarkeş qruplarını və s. aid etmək olar. Səlahiyyətli qruplar insanlara yeni davranışlar və həyat tərzi təklif edir. Qrup təsirində rəy liderləri mühüm rol oynayır. Rəy liderləri (opinion leaders) – xüsusi qabiliyyətə, biliyə, şəxsiyyətə və digər xüsusiyyətinə görə digərlərinə təsir göstərən və qrupla əlaqələri olan insandır. Məsələn, rəy liderinin geyindiyi bir paltar digərlərinin də marağına səbəb ola bilər. Marketoloqlar rəy liderlərini öz brendləri haqqında söz deməsi üçün cəlb edirlər. Buna “vızıltılı marketinq üsulu” da deyirlər.

Ailə - onun üzvlərinin alıcı davranışına təsir göstərə bilər. Ailə cəmiyyətin ən vacib alıcı qurumudur və çox ətraflı tədqiq olunmuşdur. Ər – arvad faktoru məhsul kateqoriyalarına və alış prosesinin mərhələlərinə görə fərqlənir. Bu proses isə həyat tərzi inkişaf etdikcə dəyişir. Azərbaycanda qadın ənənəvi olaraq ərzaq, məişət malları və geyim sahəsində ailə bazarlığının əsas alıcısı kimi çıxış edir. Bundan başqa məsələn, ABŞ-da qadınlar sürücülərin 40 % -ni təşkil etsələr də, maşın alınması ilə bağlı qərarların 80 %-i onların təsiri altında qəbul edilir. Ümumiyyətlə isə qadınlar dünyada bütün alışların 85 % -ni həyata keçirməklə hər il 6 trilyon dollar xərcləyirlər. Ona görə də “Lowe`s” məişət və ev təmiri əşyaları mağazası sırf daxili interyeri qadınların zövqünü oxşamaq və onları cəlb etmək üçün qurmuşdur ki, (məsələn, məhsulun qoyulduğu yeri daha geniş etmişdir ki, qadınlar seçim edərkən bir-birilərinə çox mane olmasın, çünki qadınlar alış-verişdə onlara əllə toxunmanı sevmirlər)


Yüklə 264,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin