Fəsil 2. İstehlakçı Davranışının Modelləşdirilməsi
2.1. İstehlakçıların tipologiyası
İstehlakçıların davranışının öyrənilməsində onun modelləşdirilməsi çox mühüm yer tutur. Modelləşdirmə özündə bir çox amilləri ehtiva etməkdədir. Məhz onlardan biri də istehlakçıların tipologiyasının tədqiqidir.
Təbii ki, istehlakçılar öz xarakterlərinə və bu kimi digər amillərə görə çox fərqli insanlardır. Lakin bu cür istehlakçıların da ümumi cəhətləri yox deyildir. Məsələn, cins, yaş, təhsil səviyyəsi, tələbatlarının oxşar strukturu və s. Bazarda uğur əldə etmək üçün bu kimi istehlakçıların ayrı – ayrı məqsəd qruplarına, tipologiyaya ayrılması daha məqsədəuyğundur.
Tipologiya bir növ seqmentasiyanın əks tərəfidir. Çünki seqmentasiyanın məqsədi istehlakçı davranışındakı fərqləri müxtəlif əlamətlər əsasında aşkara çıxarmaqdırsa, tipologiya, istehlakçı davranışındakı aşkar və gizli oxşarlıqları müəyyən etməklə, onların daha mühüm əlamətlər üzrə qruplaşdırılmasıdır. İstehlakçıların tipologoyası ən çox sosial – iqtisadi və demoqrafik xarakteristikalara görə verilir. Lakin bununla yanaşı, istehlakçı davranışının psixoqrafik təhlili nəticəsində işlənib hazırlanan empirik tipologiya getdikcə daha çox tətbiq edilməyə başlanır.
Davranış strategiyalarının fərqlənməsinə görə istehlakçıları 5 tipə ayırmaq olar:
|