MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Yerli özünüidarə orqanlarının bələdiyyə təsərrüfatına rəhbərlik üzrə səlahiyyətləri



Yüklə 110,44 Kb.
səhifə13/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
yerli özünüidarəetmə2

Yerli özünüidarə orqanlarının bələdiyyə təsərrüfatına rəhbərlik üzrə səlahiyyətləri Yerli özünüidarə orqanları bələdiyyə təsərrüfatına rəhbərlik üzrə geniş səlahiyyətlərə malikdir. Bu səlahiyyətlər bələdiyyə təsərrüfatının müxtəlif sahələrinin idarə edilməsi ilə tənzim olunur.
Bələdiyyə idarəçiliyinin əsas funksiyalarından biri də planlaşdırmadır. Yerli özünüidarə orqanları planlaşdırmanın köməyi ilə bələdiyyə qurumunun kompleks şəkildə inkişafını təmin edir. Bu funksiya yerli səviyyədə iqtisadi, sosial və ekoloji prosseslərin idarə edilməsində səmərəliliyi artırır.
Sovet hakimiyyəti illərində Azərbaycanda planlı iqtisadiyyat mövcud idi. Bu iqtisadiyyat mərkəzdən birbaşa idarə olunaraq, yerli şərait nəzərə alınmırdı.
Bazar iqtisadiyyatına keçid planlaşdırmadan tamamilə imtina etmir. Azərbaycan Respublikasının Konstitusiyası idarəetmənin istiqamətlərindən biri olan planlaşdırmanı birbaşa nəzərdə tutmamışdır.
Bələdiyyə qanunvericiliyi bələdiyyənin sosial-iqtisadi inkişaf proqramlarının, məqsədli proqramlarının həmin müddətə nəzərdə tutulduğunu müəyyənləşdirməlidir. Bu müddəti bələdiyyələr müstəqil şəkildə müəyyən edir. Bələdiyyələrin qeyd olunan proqramlarının planlaşdırıldığı müddət həmin ərazidə iqtisadiyyatın sabitliyindən, planların maliyyələşdirilməsi mənbələrindən və s. amillərdən asılı olaraq uzun və qısa müddətə nəzərdə tutula bilər.
Bələdiyyələrin inkişaf proqramları və planlarının layihələrini yerli özünüidarəetmə icra orqanları hazırlayır. İcra orqanları tərkibinə daxil olan struktur bölmələr, şöbələr yerli özünüidarəninkompleks inkişaf proqram və planlarının layihələrini işləyib hazırlayır. Sovet dövründə rayon, şəhər təsərrüfatının inkişafının planlaşdırılması layihələrini icraiyyə lkomitələrinin plan komitələri tərtib edirdi. Hazırda bu plan və proqramları tərtib edən yerli özünüidarənin orqanları müxtəlif cür (planlaşdırma və proqnozlaşdırma şöbələri və s. ) adlana bilər. Yerli özünüidarənin bütün icra strukturları plan və proqramların hazırlanmasında iştirak edir. Bu prosses plan və proqram texniki-iqtisadi cəhətdən məqsəd və vəzifələrini hər tərəfli əsaslandırılmasını, eləcə də balansların (əhalinin maliyyə və pul gəlirləri, əmək resursları, torpaq və əhalinin sosial və iqtisadi inkişafı üçün zəruri digər resursların ) tərtibini tələb edir.
Bələdiyyələrin iqtisadi və sosial inkişaf planları əhalinin əsas yaşayış təlabatının ödənilməsi, bazar-infrastrukturlarının yaradılması ilə bağlı məsələləri əhatə etməlidir. Yerli özünüidarənin iqtisadi və sosial inkişafı ilə bağlı problemləri aşağıdakı istiqamətlərdə planlaşdırılır;

Bələdiyyələrin sosial-iqtisadi inkişaf planları bələdiyyələrin səlahiyyətinə aid
olan yerli əhəmiyyətli məsələlər, əhali və bələdiyyənin əsas problemləri , bələdiyyə quruluşu ərazisində yerləşən idarə, müəssisə, təşkilatların inkişaf proqram və planlar barədə məlumatları nəzərə alınır.
Bələdiyyənin sosial-iqtisadi inkişafının planaşdırılması dövlət
hakimiyyəti orqanlarının regional plan və proqramları ilə ziddiyyət təşkil etməməlidir.
Yerli özünüidarə orqanları planlaşdırma metodundan yerli əhəmiyyətli
məsələlərin həllində geniş istifadə edirlər. Bələdiyyə orqanları özəlləşdirmənin yerli proqramlarına, yaşayış ərazilərinin torpaq-təsərrüfat quruculuğu planlarını, baş planları, yaşayış ərazilərinin planlaşdırılması və tikintisinin layihələrini və s. qəbul edirlər.
Yerli özünüidarə orqanları qeyd olunan məsələlərin həlli ilə yanaşı, öz
işinin təşkilində də planlaşdırma metodunu tətbiq edir. Belə təklilati planara nümayəndəli orqanın iş planı, bələdiyyənin daimi komissiyalarının və icra orqanlarının iş planı aiddir.
Bələdiyyə qurumlarının sosial-iqtisadi inkişaf planlarının hazırlanması
və realizəsi büdcə prosesilə (yerli büdcənin təsdiqi və icrası ilə ) sıx əlaqədardır. Bələdiyyə quruluşu ərazisinin sosial-iqtisadi inkişafı müvafiq ərazidə kifayət qədər vəsaitlərin və resursların , eləcə də maliyyə vəsaitlərinin
olmasından asılıdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli büdcənin
hazırlanması, təsdiqi və icrası bələdiyyələrin səlahiyyətlərinə aiddir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla yerli büdcə layihəsinin hazırlanması, müzakirəsi, təsdiqi və icrası prosesinə digər orqan və təşkilatların müdaxiləsi yolverliməzdir.
Dövlət yerli özünüidarənin büdcə prosesində aşağıdakı qaydada iştirak
edir;
-Dövlət orqanlarının bələdiyyələrə həvalə etdikləri əlavə
səlahiyyətlərin icrası üçün zəruri maliyyə vəsaitini ayırırlar.
-İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli
büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən mompensasiya olunur (bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanun, maddə 6 ).
-Yerli büdcənin yaranmasında əsas rol oynayan minimal dövlət sosial
standartları müəyyənləşdirir.
- Dövlət büdcəsi ilə yerli büdcə arasındakı münasibətləri tənzimləyir.
- Yerli özünüidarə orqanlarının maliyyə müstəqilliyini (dotasiya,
subvensiya ayırmaqla və s.üsullarla ) təmin edir.
Yerli büdcə lahiyyəsinin tərtib edilməsi bələdiyyənin icra orqanlarının
vəzifəsidir. Yerli özünüidarənin nümayəndəli orqanı isə yerli büdcə layihəsini müzakirə və təsdiq edir, yerli büdcənin icrası üzrə hesabatlarını dinəyir.
Yerli büdcə layihəsi bələdiyyə qərarları, bələdiyyə ərazisinin sosial
iqtisadi inkişafı üzrə proqnozun, ekəcə də bu və yə digər vərclərin büdcə hesabına maliyyələşdirilməsinin zəruriliyi əsasında tərtib edilir.
Bələdiyyələrin icra orqanları bələdiyyə quruluşunun sosial-iqtisadi
inkişaf proqnozunu hazırlayır. Proqnozda bələdiyyə quruluşunun sosial-iqtisadi inkişafının əsas istiqamətləri əksolunur. Proqnoz əsasında növbəti maliyyə ilində büdcə vəsaitlərinin hakim istiqamətlərdə xərclənməsi müəyyənləşdirilir. Bələdiyyə
quruluşunun sosial-iqtisadi inkişafı proqnozu növbəti il üçün yerli büdcə lahiyyəsinin və maliyyə göstəricilərinin tərtibi üçün lazımı məlumatlarla təmin edir.
Dövlət bələdiyyə quruluşu ərazisinə maliyyə yardımı (transfert)
edərkən müvafiq bələdiyyənin minimum zəruri xərcləri ilə əsaslı normativlər üzrə gəlir arasındakı nisbəti nəzərə alır.
Büdcə formalaşdırılarkən əmək və əmək haqqı, məşğulluq, sosial
təminat sahəsində dövlət təminatlarını müəyyənləşdirən sosial norma və standartla tətbiq olunur. Sosial-mədəni ( təhsil, səhiyyə, mədəniyyət ) sahələrdə maliyyə vəsaitlərinin normativləri müəyyənləşdirilmişdir.
Dövlətin müəyyən etdiyi minimum sosial standartlar insanın sosial
müdafiəsinin səviyyəsini yüksəltmək, insan və vətəndaşın əsas konstitusion hüquqlarının realizəsi mexanizmini yaxşılaşdırmaq məqsədi daşıyır. Minimal spsial standartlar bu məqsədlə ayrılmalı olan zəruri büdcə xərclərini müəyyənləşdirmək üçün tətbiq olunur.
Yerli özünüidarə orqanı sərbəst şəkildə yerli vergi və ödənişləri,
onların ödənilməsi üzrə güzəştləri müəyyən edir.
Yerli özünüidarənin icra orqanı müəyyən edilmiş müddətdə yerli
özünüidarənin nümayəndəli orqanına büdcədən kənar vəsaitlərdən istifadə ilə bağlı hesabatları təqdim etmək səlahiyyətinə malikdir.
Bələdiyyənin büdcədənkənar fondları yerli özünüidarənin
nümayəndəli orqanı tərəfindən yaradılaraq məqsədli təyinata malikdir. Büdcədənkənar fondların vəsaitləri vətəndaşların, idarə, müəssisə və təşkilatların müəyyən məqsədlər üçün könüllü olaraq ödədikləri yardım və naimələr ətraf mühütin çirkləndirilməsi və təbii ehtiyatlardan qeyi-rassional istifadə və təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə tutulan cərimələr, tarixi-mədəniyyət abidələri və obyektlərin zədələnməsindən tutulan cərimələr, qanunvericilikdə nəzərdə tutulmuş büdcədənkənar fondların digər gəlirəri hesabına forlalaşır.
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunu
yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bələdiyyə ərazisindəki vətəndaşların könüllü surətdə birdəfəlik vəsait verməsini nəzərdə tutur. Əhalinin müvafiq məqsədlər üçün könüllü birdəfəlik vəsaitin ayrılması barədə qərarı bilavasitə rəy sorğusu yolu ilə vətəndaşların yığıncaqlarında və ya bələdiyyələrin rəyi nəzərə alınmaqla çıxarılır.
Yerli özünüidarənin nümayəndəli orqanının maliyyə-büdcə sahəsində
səlahiyyətlərinə bələdiyyə istiqraz və lotoreyalarını buraxımı, perdmet verib və almaq, bələdiyyə bankları və digər maliyyə-kredit müəssisələri yaratmaq aiddir.
Bələdiyyələr qeyd olunan qiymətli kağızları yerli proqramları
bələdiyyə obyektlərinin tikintinin maliyyə təminatındakı çatışmamazlıqları aradan qaldırmaq məqsədilə buraxır.
Bələdiyyə lotoreyaları bələdiyyə qurumu ərazisində və yalnız
bələdiyyə ərazisində yayılan lotoreyaların digər növləri kimi dövlət qeydiyyatından keçməlidir. Bələdiyyə lotoreyaları və digər qiymətli kağızların (emissiyası) buraxılması qaydası Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Yerli özünüidarə orqanının təsdiq edilmiş büdcəsinin icrası prosesində
müvəqqəti maliyyə çətinlikləri yarandıqda bələdiyyə orqanları banklardan və digər kredit təşkilatlardan qısamüddətli və uzunmüddətli kreditlər almaq səlahiyyətinə malikdir. Yerli özünüudarə orqanına sudalar onun verilməsinin konkret şərtlərini nəzərdə tutan müqavilə əsasında verilir.
Yerli özünüidarə orqanları təkcə kredit almaq deyil, eyni zamanda
kredit vermək səlahiyyətinə malikdir.
Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 142-ci
maddəsinə görə əsasən yerli özünüidarəni həyata keçirərək sərbəst olaraq bələdiyyə əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.
Bələdiyyə mülkiyyətinin idarə edilməsində yerli özünüidarə
orqanlarının səlahiyyətləri bələdiyyə mülkiyyətinin dövlət mülkiyyətindən ayırmaqla yaradılması prosesi ilə əlaqədardır. Yerli özünüidarənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil və qeyri-mənzil fondları, mənzil-istismar müəssisələri və təmir tikinti müəssisələri, mühəndis infrastruktura obyektləri, pərakəndə satış müəssisələri, səhiyyə müəssisələri və digər obyektlər onların mülkiyyətinə verilir.
Dövlət mülkiyyətindən bələdiyyə mülkiyyətinə əmlakın ayrılması ilə
bağlı məsələlər, «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilətənzimlənir. Bələdiyyə əmlakı ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında həll edilir.
Yerli özünüidarənin bələdiyyə mülkiyyətinin idarəçiliyindəki
səlahiyyətləri bələdiyyə mülkiyyətinin formalaşmasına təsir göstərən özəlləşdirmə prosesi ilə bağlıdır.
« Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası
Qanununa əsasən bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə vəsaitini müsrəqil surətdə müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən daxil olan vəsait yerli özünüidarənin büdcəsinə daxil olur. Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi bazar münasibətlərinin iqtisadi əsasını təşkil edən xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaq, azad rəqabət mühitini yaratmaq, əhalinin sosial müdafiəsi tədbirlərinin realizəsinə şərait yaratmaq məqsədi daşıyır.
Yerli özünüidarə orqanları bələdiyyə mülkiyyəti üzərində digər
mülkiyyət hüquqlarını da həyata keçirir. Yerli özünüidarə orqanları mülkiyyətində olan sosial-mədəni , kommunal-məişət və sair təyinatlı obyektləri müqavilə və sazişlə fiziki və hüquqi şəxslərin daimi və müvəqqəti istifadəsinə verə bilər. Bələdiyyə mülkiyyətindən istifadənin şərtləri və qaydası müqavilə və sazişlə müəyyənləşdirilir.
Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə
qanunvericiliklə qadağan olunmayan başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilərlər.
« Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası
Qanunu yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyətində olan idarə , müəssisə və təşkilatlarla münasibətlərini tənzimləyir.
Yerli özünüidarə orqanları :
- bələdiyyə idarə , müəssisə və təşkilatların fəaliyyət məqsədlərini ,
şərtlərini və qaydasını müəyyənləşdirir ;
- onların məhsulunun ( xidmətlərinin ) qiymətlərini və tariflərini
tənzimləyir;
- nizamnamələrini təsdiq edir ;
- müvafiq idarə , müəssisə və təşkilatların rəhbərlərini təyin və azad
edir , onlarla əmək qanunvericiliyinə uyğun olaraq müqavilə əsasında qarşılıqlı münasibətdə olur ;

  • bələdiyyə idarə , müəssisə və təşkilatlarının rəhbərlərinin

hesabatlarını dinləyir.
Bələdiyyə idarə , müəssisə və təşkilatların gəlirləri yerli büdcəyə daxil
olur. Yerli özünüidarə orqanları bələdiyyə mülkiyyətini idarə edərək yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər. Yerli özünüidarə orqanları ərazisində bələdiyyə mülkiyyətinə daxil olan idarə , müəssisə , təşkilatlarla yanaşı mülkiyyətin digər növlərinə ( dövlət , xüsusi mülkiyyətə ) aid olan hüquqi şəxslər fəaliyyət göstərir. Qeyri bələdiyyə idarə , müəssisə , təşkilatları təşkilati hüquqi formasından asılı olmayaraq yerli özünüidarə orqanları və onun vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarları hökmən icra etməlidirlər.
Bələdiyyə mülkiyyətinə daxil olmayan idarə , müəssisə və təşkilatlar
təssərrüfat fəaliyyəti ilə məşğul olarkən Azərbaycan Respublikası qanunları və normativ – hüquqi aktları ilə yanaşı yerli özünüidarə orqanları və vəzifəli şəxslərinin yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar qəbul etdikləri ümumməcburi qaydalara və qərarlara istinad etməlidirlər. Bu qərarlara yerli özünüidarə ərazisindəki təbii ehtiyatlardan istifadə , bələdiyyə qurumu ərazisində planlaşdırma və tikinti işlərinin aparılması ilə əlaqədar hüquqi aktlar aiddir. Bununla yanaşı yerli özünüidarə orqanları Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla idarə , müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti üçün məhdudiyyətlər müəyyənləşdirə bilməzlər. Yerli özünüidarə orqanlarının səlahiyyətinə daxil olmayan məsələlər üçün qeyri bələdiyyə idarə , müəssisə və təşkilatları ilə münasibətləri müqavilələr əsasında qurulur.
Yerli özünüidarə orqanları bələdiyyə qurumu ərazisinin kompleks
sosial-iqtisadi inkaşafı ilə bağlı məsələlərin həllində idarə , müəssisə və təşkilatları cəlb edə bilərlər. Qanunauyğun olaraq yerli özünüidarə orqanları bələdiyyə ərazisinin kompleks sosial-iqtisadi inkişafında idarə , müəssisə və təşkilatların iştirakını əlaqələndirə bilərlər. Yerli özünüidarə orqanları bu məqsədlə iqtisadi-maliyyə və idarə , müəssisə və təşkilatlarla qarşılıqlı münasibətinin təşkilati –hüquqi formalaından istifadə edərək yerli özünüidarə orqanlarının əlaqələndirmə funksiyasını həyata keçirməyə yardım edən könüllülük əsasında direktorlar şurası sahibkarlar birliyini yaradır. Yerli özünüidarə orqanları idarə , müəssisə , təşkilat və fiziki şəxslərin vəsaitlərini və yerli büdcə vəsaitlərini birləşdirərək istahsal və sosial infrastrukturların tikintisi və təmirinə yönəldə bilər:

  • bələdiyyə ərazisinin abadlaşdırılmasında ;

  • əhaliyə kommunal xidmətlər göstərilməsində ;

  • sosial infrasrtuktur obyektlərinin tikintisi və təmirində ;

  • müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi

üçün zəruri məhsulların istehsalında ;
- xidmətlərin göstərilməsində və digər işlərin görülməsində.
Bələdiyyə sifarişi yerli özünüidarə orqanlarının icrası yerli büdcə və bələdiyyənin büdcədən kənar fondlarından maliyyələşdirilən konktret işin görülməsi üçün təsərrüfat subyektləri arasında bağladığı müqavilələrdir. Yerli özünüidarə orqanları təsərrüfat subyektlərinə verdikləri sifarişlərini bələdiyyə quruluşunun dugər maddi vəsitləri hesabına maliyyələşdirə bilərlər.
Yerli özünüidarə orqanları yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul olaraq xarici sərmayədarların iştirakı ilə birgə müəssisələr yaratmaq, büdcədə olan valyuta hesabına bələdiyyə qurumu ərazisini inkişafı və əhalinin ehtiyaclarının ödənilməsi üçün məhsulların alınması və realizəsi məqsədilə xarici həmkarlarla müqavilələr bağlamaq hüququna malikdir.

Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin