MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının hüquqi əsasları



Yüklə 110,44 Kb.
səhifə10/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
yerli özünüidarəetmə2

3.2. Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının hüquqi əsasları.
Azərbaycan Respublikası vətəndaşları yeli özünüidarəetmə hüququnu yeli özünüidərənin birbaşa ifadə formaları və yerli özünüidarə orqanları vastəsilə həyata keçirlər.
Yeli özünüidarə orqanları bələdiyyələr tərəfindən yaradılan , yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır. Bu orqanlar öz vəzifələrini yerinə yetirərkən bələdiyyələr qarşısında məsuliyyət daşıyırlar.
Demokratik idarəetmə sistemində yeli özünüidarə orqanları xüsusi çəkiyə malikdir. Bu orqanların mövcud olması idarəetmə sisteminin mərkəzləşdirilməsinin qarşısını alır, idarəetmə sisteminin tarixi və yerli xüsusiyyətləri nəzərə alınmaqla əhalinin maraqlarını təmin etmək iqtidarında olan sistemə çevirir.
Yerli özünüidarə orqanları təkcə idarəetmənin mərkəzləşdirmə üsulu olmayıb , yerli əhəmiyyətli məsələlərin vətəndaşlar tərəfindən müstəqil surətdə həll etməsini təmin edən hakimiyyətin təşkili və həyata keçirilməsi üsuludur.
Yerli özünüidarə orqanları dövlət hakimiyyəti orqanları kimi xalq hakimiyyəti orqanlarıdır. Buna baxmayaraq, dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarə orqanları xalq hakimiyyətinin həyata keçirilməsinin müxtəlif formalarıdır. Dövlət hakimiyyət orqanları dövlət aparatının struktur vahidləridir. Onların həyata keçirdiyi xalq hakimiyyəti forması dövlət hakimiyyəti adlanır. 45
Yerli özünüidarə orqanları dövlət idarəetmə mexanizminin tərkib hissəsi deyildir «Bələdiyyə statusu haqqında » Azərbaycan Respublikası Qanununa müvafiq olaraq , bələdiyyələr və onun orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyidir ﴾maddə 14﴿. Yerli özünüidarə orqanları bu xüsusiyyətinə görə xalqın öz hakimiyyətinin realizəsinin müstəqil formasıdır.
Yerli özünü idarə orqanlarının fəakiyyəti hakimiyyət xarakteri daşıdığı və xalq hakimiyyətinin realizə formalarından biri olduğu üçün həmin orqanların öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrasını müvafiq ərazi üzrə həyata keçirməsi məcburidir. Bələdiyyə aktları icrasının məcburiliyi həmin ərazidəki fiziki və hüquqi şəxslərə aiddir.
Bələdiyyələrin öz səlahiyyəti daxilində müstəqil olması onların dövlət hakimiyyəti orqanlarının aktları və qəbul edilmiş qanunlardan asılı olmayaraq fəaliyyət göstərməsi demək deyildir. Həmin aktların icrası onlar üçün məcburidir.
Yerli özünüidarə orqanları müstəqil olması ilə yanaşı, dövlət hakimiyyət orqanları ilə sıx əlaqədardır. Azərbaycan Respublikası Konistitusiyasının 144-cü maddəsinə əsasən qanunvericilik və icra hakimiyyətləri tərəfindən müvafiq zəruri maliyyə vəsaitləri ayırmaqla bələdiyyələrə əlavə səlahiyyətlər də verilə bilər. Həmin orqanlar belə səlahiyyətlərin həyata keçirilməsinə nəzarət edirlər. Bu zaman yerli özünüidarə orqanları dövlət hakimiyyəti orqanları şəxsində çıxış edir.
Azərbaycan Respublikasında yerli özünü idarə orqanlarına aiddir :

  • yerli özünüidarənin nümayəndəli orqanları ;

  • bələdiyyə nizamnaməsi əsasında yaradılan digər yerli özünüidarə orqanları.

Yerli özünüidarə orqanlarının seçkili olması zəruri şərtdir. Yerli özünüidarə orqanları
bələdiyyə nizamnamələrinə uyğun olaraq yaradılır. Bu orqanlar bələdiyyə mülkiyyətini idarə edir, yerli büdcəni təsdiq və icra edir, yerli vergi və ödənişləri müəyyənləşdirir, yerli əhəmiyyətli digər məsələləri həll edir.
Yerli özünüidarə orqanları dövlət hakimiyyəti orqanlarının qanunu və normativ aktlarının icrasını təşkil edir.46
Yerli özünüidarə orqanlarının strukturu əhali tərəfindən müstəqil surətdə müəyyənləşdirilir.
Yerli özünüidarə orqanları bələdiyyə nizamnamələrinə uyğun olaraq hüquqi şəxsdirlər, onların möhürü, ştampı və bankda hesabı olur.
Yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxslər bələdiyyə qulluqçuları hesab olunur. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi o cümlədən bələdiyyə qulluğunun statusu , bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.
Yerli özünüidarə orqanları və onun vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində hüquqi aktlar yaradırlar.Bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası və digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə bələdiyyə nizamnamələrində nəzərdə tutulur.

Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin