MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Yerli özünüidarə orqanlarının mənzil və kommunal təsərrüfatı sahəsində səlahiyyətləri



Yüklə 110,44 Kb.
səhifə18/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   15   16   17   18   19   20   21   22   23
yerli özünüidarəetmə2

3.3.5 Yerli özünüidarə orqanlarının mənzil və kommunal təsərrüfatı sahəsində səlahiyyətləri
Yerli özünüidarə orqanlarının mənzil sahəsində fəaliyyəti öz səlahiyyətləri daxilində vətəndaşların mənzil hüquqlarını sosial cəhətdən təmin etməkdir. « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanunu yerli özünüidarə orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində səlahiyyətləri ilə yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi , su təchizatının və kanalizasiya təsərrüfatının təşkili , saxlanılması və inkişafına aid edir.
Yerli özünüidarə orqanları əhali yaşayan ərazinin sanitar təmizliyi üzrə işlərə nəzarət edərək , həmin ərazilərin yaxşılaşdırılmasını təşkil edirlər.Yerli özünüidarə orqanları mənzil- kommunal xidməti göstərən bələdiyyə müəssisələrinin iş rejimini müəyyənləşdirir.
3.3.6 Yerli özünüidarə orqanlarının əhaliyə ticarət və məişət xidməti sahəsində səlahiyyətləri
« Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanununa uyğun olaraq , əhaliyə ticarət , ictimai iaşə və məişət xidməti ilə bağlı yerli əhəmiyyətli məsələlərin həlli bələdiyyələrin səlahiyyətinə daxildir. Əhaliyə ticarət , ictimai iaşə və məişət xidməti göstərən müəssisə və təşkilatlar mülkiyyətin müxtəlif növlərindən ( dövlət, xüsusi ,bələdiyyə mülkiyyətindən ) olan subyekt ola bilərlər.
Yerli özünüidarə orqanları müvafiq ərazidə bazar və yarmarkaları təşkil edir, istehlakçıların cəmiyyətini əlillərə, uşaqlara və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə ticarət – məişət xidmətinin göstərilməsinə cəlb edir. Yerli özünüidarə orqanları istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi üçün müvafiq strukturlar yarada bilər.
3.3.7 Yerli özünüidarənin sosial-mədəni sahədə səlahiyyətləri
Yerli özünüidarə orqanlarının sosial-mədəni sahədəki fəaliyyəti geniş mənada təhsil, mədəniyyət, səhiyyə, əhalinin sosial təminatı və müdafiəsi ilə bağlı məsələləri əhatə edir. Yerli özünüidarə orqanlarının bu sahədəki fəaliyyəti şəxsiyyətin inkişafı üçün zəruri şəraitin yaradılması, əhalinin sosial-mədəni təlabatlarının ödənilməsi vasitəsi olan sosial infrastrukturların yaradılması ilə bağlıdır. Yerli özünüidarə orqanları təşkil edilən dövrə qədər sosial-mədəni fəaliyyət dövləti xarakter daşıyırdı. Sosial infrastrukturların əksər hissəsi dövlətin yerli idarəçilik orqanlarına aid idi. Sosial-mədəni müəssisələrin bir çoxu ( uşaq baxçaları, polikilinikalar, tədris müəssisələri və s. ) aidiyyatı üzrə orqanlara tabe idi, belə asılılıq sahəvi xarakter daşıyırdı.
Azərbaycan Respublikası Konstitusiyası maddi, eləcə də sosial-mədəni fəaliyyətin əsasını təşkil edən dövlət, bələdiyyə və xüsusi mülkiyyətin formalarını tanıyaraq , müdafiə edir.Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsə və vətəndaşa aşağıdakı təminatları verir :
Hər bir kəsin pulsuz icbarı ümumi orta təhsil almaq hüququna təminat verilir (maddə 42).
Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, hər kəsin sağlamlığının qorunmasına və yardım almasına təminat verir (maddə 41) .
Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyat təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır (maddə 40) .
Hər kəsin yaşa, xəstəliyə , əlilliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququ vardır ( maddə 38 ).
Yerli özünüidarə orqanlarının sosial-mədəni sahədəki səlahiyyətlərini bələdiyyələrin məqsədli proqramlarının qəbulu və realizəsi, ərazinin inkişaf planlarının qəbulu, yerli bedcəni təsdiq etməyə və eləcə də nəzarət edici funksiyalarla həyata keçirir.
Yerli özünüidarə orqanlarının sosial-mədəni sahədəki səlahiyyətlərinə daxildir :
- tərbiyə və təhsil müəssisələrinin saxlanması və istifadəsi ;
- mədəniyyət müəssisələrinin binalarının saxlanması və istifadəsinə , mədəni inkişafa yardım etmək ;
- fiziki tərbiyə və idmanın inkişafına yardım göstərmək ;
- səhiyyə binalarının , sanitariya müəssisələrinin təşkili, saxlanması və istifadəsini təşkil etmək ;
- kimsəsizlərə, xəstələrə , qocalara , imkansızlara, valideyn himayəsindən məhrum olanlara, istedadlı uşaqlara əlavə yardım göstərmək ;
- əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təminatına kömək etmək .
Yerli özünüidarə orqanlarının « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan səlahiyyətləri ilə yanaşı ayrı-ayrı qanunlarla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının 1999-cu il iyulunda qüvvəyə minmiş Əmək Məcəlləsi yerli özünüidarə orqanlarının əhalinin məşğulluğuna ,adamları peşələri üzrə işlə təminatına yardım göstərmək məqsədilə əməyin mühafizəsi sahəsindəki səlahiyyətlərə aşağıdakıları aid edir :
- əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin etmək ;
- əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və onların yerinə yetirilməsini təmin etmək ;
- regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iştirakı və digər vəsaiti hesabına əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaratmaq və bu fondların vəsaitini təyinatı üzrə xərclənməsini təmin etmək .
Azərbaycan Respublikası bələdiyyələri ümumi əhəmiyyətli məsələləri müstəqil surətdə həll edərək qanunla müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Xarici dövlətlərdən fərqli olaraq Respublikanızda fəaliyyət göstərən bələdiyyələr ictimai qaydanı mühafizəsi sahəsində səlahiyyətlərə malik deyil. Qanunçuluğa , qayda-qanuna riayət edilməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı üzrə yerli özünüidarə orqanlarının səlahiyyətləri, müəyyən olunmuş ərazidə hamı üçün ümumməbui qaydaların qoyulması, məsuliyyət tədbirlərinin tətbiqi, yerli özünüidarə orqanlarının qeydiyyat-icazə funksiyaları- daxili işlər orqanları, prokurorluq, məhkəmə, hüquq mühafizə orqanları ilə qarşılıqlı iş, həmçinin bələdiyyə-hüquq qoruma xidmətinin yaradılması Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir.


NƏTİCƏ

Yazdığım diplom işimin aktuallığını giriş hissəsində xüsusilə vurğuladım. Diplom işimi yazarkən bir çox xarici ölkələlərin yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri ilə Azəbaycan Respublikasındakı yerli özünüidarəetmə sistemlərinin müqayisəlini təhlilini apardım.


Qeyd etmək istərdim ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti hüquqi dövlətlərin əksəriyyətində konstitusiya hüququ ilə tənzim olunur. Lakin sovet dövlətinin tərkibinə daxil olan bir sıra ölkələrdə , o cümlədən Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzim edən yeni bir hüquq sahəsi «Bələdiyyə hüququ» formalaşmaqdadır. Çox maraqlı haldır ki, Türkiyə Cümhuriyyətində də yerli özünüidarəetməni məhz bələdiyyə adlandırırlar. Apardığım araşdırmalardan ancaq belə bir nəticə gələ bildim ki, Türkiyə Cümhuriyyəti Qafqaz regionunda olduğu üçün və bələdiyyə sisteminin formalaşdığı ölkələrə yaxın olduğu üçün onun hüquq sistemində də bu fərqli xüsusiyyət özünü göstərib.
Qeyd etmək lazımdır ki, təhlil etdiyim ölkələr içərisində məhz Türkiyə Cümhuriyyətində bələdiyyələrin çox geniş səlahiyyətlərə malik olduğunu gördüm. Belə ki, bizim ölkənin bələdiyyə sistemində Sovet dövrünün bəzi tabeçilik qalıqları hələ də qalmaqdadır. Bizim ölkədə bələdiyyələrin səlahiyyətləri bəzi sahələrdə məhdudur , bəzi sahələrdə isə çox genişdir. Məsələn, bələdiyyələrin onlara məxsus torpaq sahələrindəki mülkiyyət hüququ çox genişdir. Bələdiyyələr həmin torpaqları sata bilərlər. Məmin fikrimcə bu düzgün deyil .Bələdiyyələrin onlara məxsus torpaq sahələri üzərində istifadə və sahiblik hüquqlarını həyata keçirmələri daha məqsədə uyğun hesab edirəm.
Bizim ölkə qanunvericiliyinə görə bələdiyyələrin fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzarət edir. Eyni zamanda hüquqları pozulmuş fiziki və hüquqi şəxslər fərdi qaydada müvafiq bələdiyyənin çıxardığı qərardan məhkəməyə şikayət etmək hüququna malikdir. Lakin məsələn, Fransada bələdiyyələr prezidentin icra aparatı administrasiyasına tabedir. Türkiyə Cümhuriyyətində bələdiyyələr Dxili İşlər Nazirliyinə tabedirlər. Nəzərə almaq lazımdır ki, 2009-cu il avqust ayında konstitusiyaya edilən dəyişikliklər zamanı bələdiyyələrlə bağlı xüsusi norma Konstitusiyamıza daxil edildi. Belə ki, artıq bələdiyyələr hər il Milli Məclisə öz fəaliyyətləri ilə əlaqədar hesabat verməlidirlər. Mənim fikrimcə atılan bu addım bələdiyyələrin fəaliyyətini ciddi nəzarət altında saxlamaqla onların öz səlahiyyətlərini daha məsuliyyətlə yerinə yetirməyə xidmət edir. Lakin mən bələdiyyə orqanlarının fəaliyyətinə nəzarət modelində Fransa Respublikasının modelini daha çox qəbul edirəm. Bələdiyyələr yerli özünüidarəetmə hakimiyyətini həyata keçirən orqan kimi iara aparatına yəni prezident administrasiyasına tabe olmalı və ona hesabat verməlidir.
Türkiyə Cümhuriyyətində Böyük Şəhər Bələdiyyəsi haqqında Qanunun qəbul edilməsini çox məqbul hal hesab edirəm. Qeyd edim ki, məhz bu qanun Türkiyə Cümhuriyyətində bələdiyyələrin səlahiyyətlərini daha da genişləndirdi. Güman edirəm ki, bizim ölkədə də bu tipli bir qanun qəbul olunacaq.
Çox təqdir etdiyim hallardan biri ABŞ-da yaşıllıqların salınması ( yəni ağacların əkilməsi və onlara qulluq ) bələdiyyələrin səlahiyyətinə aiddir. Bələdiyyə isə bu fəaliyyətini müvafiq ərazidə yerləşən əhalini müvafiq aksiyalara cəlb etməklə həyata keçirir. Qeyd edim ki, məhz dünya statistikasına əsasən, yerli özünüidarəetmə orqanlarında ABŞ əhalisinin 40% çalışır. Bu cür bir sistem seçməklə ABŞ həm öz ekoloji təhlükəsizliyini təmin edir, həm də işsizlik problemini aradan qaldırır.
Xüsusi diqqət yetirdiyim hallardan biri Türkiyədə nikah qeydiyyatı məhz bələdiyyədə aparılır. Eyni zamanda Türkiyə Cümhuriyyətinin yerli özünüidarəetmə sistemində muxtarlığı da çox məqbul hal hesab edirəm. Çünki məhz bu cür sistemlər bələdiyyənin həqiqi mahiyyətini ifadə etməyə inkan verir. Bələdiyyə – vətəndaşların yerli özünüidarəetməsi deməkdir. Yəni bələdiyyə bilavasitə əhali ilə təmasda olmalı və mərkəzi orqanlarına həmin ərazidə baş verən hadisə və proseslərlə bağlı iyearxik tabeçilik qaydasında məlumat ötürməlidir.
Mənim fikrimcə məhz bu istiqamətlərdə növbəti islahatlar aparılmalı və bələdiyyə sistemimiz təkmilləşdirilmədir.



Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin