3.3.4Yerli özünüidarə orqanlarının rabitə və informasiya xidmətinin təşkili sahəsində səlahiyyətləri « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanununu yerli özünüidarə orqanlarının səlahiyyətinə rabitə xidmətinin təşkili , informasiya xidmətinin təşkilini aid edir. Rabitə bələdiyyə qurumunun istahsal və sosial infrastrukturlarınınayrılmaz hissəsi olub, dövlət hakimiyyəti və yeli özünüidarə orqanları, idarə ,müəssisə, təşkilatların, vətəndaşların elektrik və poçt əlaqələri sahəsində ehtiyaclarını ödəmək məqsədi daşıyır. Rabitə sahəsindəki fəaliyyət onun nəticələrindən istifadə üzrə fiziki və hüquqi şəxslərin hüquq bərabərliyi prinsipi əsasında qurulur. Bu prinsip sahibkarlıq fəaliyyətinin inkişafı rabitə sahəsində mülkiyyətin müxtəlif formalarının inhisarçı fəaliyyətinin məhdudlaşdırılmasında əsas bazadır. Yerli özünüidarə orqanları bələdiyyə qurumu ərazisinin sosial-iqtisadi inkişafı planları əsasında yerli büdcə hesabına həyata keçirilən rabitənin inkişafına sərmayə qoyuluşu proqramını hazırlayır. Bələdiyyənin informasiya sisteminin yaradılmasında bələdiyyə qurumu ərazisində yerləşən müəssisə və təşkilatlarda məlumatların uçotu , yığılması və yenidən işlənməsi mühüm rol oynayır. Yerli özünüidarə orqanları bu sahədə bələdiyyə müəssisə və təşkilatlarının , yerli özünüidarə orqanlarının maliyyə və təsərrüfat fəaliyyətinin uçotunu aparan dövlət statistika orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.
Yerli özünüidarə orqanları dövlət halimiyyət orqanları , ictimai birliklər, vətəndaşlarla bərabər dövlətin informasiya ehtiyatlarından faydalanmaq hüququna malikdir. Yerli özünüidarə orqanları hər bir kəs üçün onun fəaliyyəti ilə bağlı informasiya ehtiyatlarından faydalanmağa şərait yaradır. İnformasiya ehtiyatlarından istifadə edilməsindən imtina edildikdə şəxslər məhkəməyə şikayət verə bilərlər. Yerli özünüidarə orqanları bələdiyyə arxivlərini təşkil edir, vətəndaşların hüquq və azadlıqları , vəzifələri , ictimai olaraq doğuran məlumatlarla istifadəçiləri kütləvi informasiya ilə təmin edir. Bu yerli özünüidarəorqanların fəaliyyətinin ictimai nəzarətin həyata keçirilməsinin əsasını təşkil edir. Yerli özünüidarə orqanlarının hüquqi statusu , eləcədə vətəndaşların hüquq və azadlıq , vəzifələri və onların realizəsi qaydaları haqqında normativ hüquqi aktlardan istifadənin məhdudlaşdırılması qadağan olunur.