MüNDƏRİcat giRİŞ I fəSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu


Yerli özünüidarə orqanlarının tikinti və rabitə sahəsində səlahiyyətləri



Yüklə 110,44 Kb.
səhifə16/23
tarix29.05.2022
ölçüsü110,44 Kb.
#59933
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
yerli özünüidarəetmə2

3.3.3Yerli özünüidarə orqanlarının tikinti və rabitə sahəsində səlahiyyətləri
Yerli özünüidarə orqanlarınıninşaat sahəsindəki fəaliyyəti əhali üçün əlverişli həyat şərait yaratmağa , əhalinin məskunlaşdırılması sisteminin səmərəliləşdirməyə , bələdiyyə qurumu ərazisində istehsal qüvvələrinin yerləşdirilməsi , rasional planlaşdırma, tikinti işləri aparmaq məqsədi daşıyır. Yerli özünüidarə orqanlarının tikinti və rabitə sahəsindəki fəaliyyəti « Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
Yerli özünüidarə orqanları tikinti sahəsində səlahiyyətlərini həyata keçirərkən sifarişçi , inşaatçı, sərmayədar qismində iştirak edən vətən daşlar , idarə ,müəssisə və təşkilatlarla qarşılıqlı münasibətdə olur. Bələdiyyə orqanları qeyd olunan subyektlərin iştirakı ilə müvafiq ərazidəki yolların tikintisi və təmirini həyata keçirirlər.
« Bələdiyyələrin statusu haqqında » Azərbaycan Respublikası Qanununa uyğun olaraq yerli özünüidarə orqanları əhaliyə nəqliyyat xidmətini təşkil edir və bələdiyyə müəssisələri bələdiyyə yollarının tikintisini və yerli əhəmiyyətli yolların saxlanmasını həyata keçirir.
Bələdiyyə qurumunun mülkiyyətində yerli əhəmiyyətli yolların tikintisi və saxlanması ilə məşğul olan nəqliyyat idarə, müəssisə və təşkilatları ola bilər. Yerli özünüidarə orqanları bu sahədə səlahiyyətlərini həyata keçirmək üçün bələdiyyə büdcəsindən zəruri maliyyə vəsaitləri ayırırlar.Bələdiyyələr müəssisə və təşkilatları yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyətinə daxil olmayan müəssisə və təşkilatların müvafiq ərazidəki yolların tikintisi, təmiri ilə əlaqədar işlərə müqavilə əsasında cəlb edilə bilərlər.
Bələdiyyələr müəssisə və təşkilatları müqavilə əsasında əhaliyə yerli nəqliyyat xidmətinin göstərilməsinə cəlb edilə bilərlər. Onlar yerli nəqliyyatın hərəkət marşurutu və qrafikini təsdiq edirlər. Ümumi istifadədə olan (şəhərdənkənar) avtomobil yollarının təmiri , bərpası və saxlanılması ilə əlaqədar xərclər yol fondundan ayrılır. Qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə görə yerli özünüidarə orqanları avtomobil dayanacaqları üçün rüsum almaq hüququna malikdir .

Yüklə 110,44 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin