3.3. Azərbaycan yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri və onun bəzi ölkələrlə müqayisəli təhlili. Azərbaycan Respublikası Konstitusiyası yerli özünüidarə orqanlarının müstəqilliyinə təminat verərək , « bələdiyyələrin səlahiyyətləri » anlayışından istifadə edir. Yerli özünüidarə orqanları öz səlahiyyətləri çərçıvəsində müstəqildir, qanunvericilik bu səlahiyyətlərin məhdudlaşdırılmasını qadağan edir.
« Səlahiyyət » termini ümumi şəkildə hər hansı bir ( fiziki və hüquqi ) şəxsə rəsmən müəyyən fəaliyyətlə məşğul hüququnun verilməsidir, hüquqi cəhətdən səlahiyyət dedikdə müəyyən orqanın və ya vəzifəli şəxsin hüquq və vəzifələrinin məcmusu başa düşülür.
Yerli özünüidarə orqanlarının səlahiyyətləri yerli əhalinin , seçkili və digər orqanlarının müvafıq ərazidəki vəzifə və funksiyalarının həyata keçirilməsi üçün zəruri olan bələdiyyə hüquq normaları ilə möhkəmləndirilimiş hüquq və vəzifələrin məcmusudur.
Yerli özünüidarənin səlahiyyətləri bilavasitə əhali tərəfindən həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında “ Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər.Bələdiyyə qurumu əhalinin yerli özünüidarənin səlahiyyətlərinin realizəsində mühüm rol oynayır.Yerli özünüidarənin bir sıra səlahiyyətləri yalnız əhali tərəfindən həyata keçirilir.Yerli özünüidarənin səlahiyyətləri bələdiyyə qurumu ərazisndəki əhali ilə yanaşı yerli özünüidarə orqanları və onun vəzifəli şəxsləri tərəfindən həyata keçirilir. Yerli özünüidarə orqanlarının və onun vəzifəli şəxslərinin səlahiyyətləri bələdiyyə orqanı üzrə normativ hüquqi aktlarla və bələdiyyə nizamnamələri ilə müəyyənləşdirilir. 49 Yerli özünü idarənin səlahiyyətlərini bir sıra xüsusiyyətləri vardır : a) Yerli özünüidarə haqqında qanunvericilik , bələdiyyə nizamnaməsi ilə müəyyənləşdirilən səlahiyyətlər b) yerli özünüidarənin ayrı-ayrı dövlət səlahiyyətlərinin icrası ilə bağlı səlahiyyətləri .
Yerli özünüidarənin ikinci qrup səlahiyyətləri Azərbaycan Respublikası qanunlarına müvafiq şəkildə icra olunur. Bu səlahiyyətlərin icrası ilə bağlı zəruri vəsaitlər dövlət büdcəsindən ayrılmaqla maliyyələşdirilir. Yerli özünüidarə orqanlarının həmin səlahiyyətlərin icrası üzərində nəzarət qaydaları Azərbaycan Respublikası qanunları üzrə dövlət hakimiyyət orqanları tərfindən həyata keçirilir.
Yerli özünüidarə orqanlarının səlahiyyətləri bələdiyyələrin hüquq və vəzifələri , idarəetmə predmetindən ibarətdir. Yerli özünüidarə orqanlarının idarəetmə predmeti bələdiyyə orqanlarının səlahiyyətlərinin yerli həyatın əhatə etdiyi sahələrdir. Yerli özünüidarə orqanlarının hər birinin özünəməxsus fəaliyyət sahələri vardır. Yerli özünüidarə orqanlarının idarəetmə predmetinin hüquqi tənzimlənməsi “ Bələdiyyələrin statusu haqqında “ Azərbaycan Respublikası Qanunu, bələdiyyə nizamnaməsi və yerli özünüidarənin digər normativ hüquqi aktları ilə həyata keçirilir. 50 Yerli özünüidarənin idarəetmə predmetindən asılı olaraq bələdiyyə orqanları ümumi və xüsusi səlahiyyətli orqanlara bölünür.
Yerli əhəmiyyətli məsələləri əhatə edən yerliözünüidarənin nümayəndəli və idarəetmə orqanları ümumi səlahiyyətli orqanlar kateqoriyasına aiddir.
Yerli özünüidarənin nümayəndəli orqanlarının fəaliyyəti yerli həyatın bütün sahələrini əhatə edir. Bələdiyyənin nümayəndəli orqanı öz səlahiyyətləri çərçivəsində müvafiq ərazi üzrə ümumməcburi qərarlar qəbul edir, yerli büdcəni və inkişaf planlarını təsdiq edərək yerli əhəmiyyətli məsələləri həll edir.
Yerli özünüidarə orqanları bələdiyyələr haqqında qanunvericilik , bələdiyyə nizamnamələrinə uyğun olaraq bələdiyyə mülkiyyətini, yerli maliyyəni idarə edir, bələdiyyə qurumu əhalisinin əsas yaşayış təlabatının ödənilməsi üzrə məsələləri həll edir.
Yerli özünüidarənin ayrı-ayrı sahələri üzrə səlahiyyətlərini həyata keçirən orqanlar xüsusi orqanlar kateqoriyasına daxildir. Yerli özünüidarə orqanlarının səlahiyyətlərinin ikinci elementi bu orqanların hüquq və vəzifələridir. Yerli özünüidarə orqanlarının idarəetmə predmeti bu orqanların səlahiyyətlərinin həyata
keçirilməsi həddini xarakterizə edir.
Yerli özünüidarə orqanlarının səlahiyyətləri ümumi və konkret xarakter daşıyır. Yerli özünüidarənin ümumi səlahiyyətləri bələdiyyələrin fəaliyyətinin əsas vəzifələrinin realizəsinə yönələrək, konkret səlahiyyətlərlə realizə olunur. Yerli özünüidarənin nümayəndəli orqanı müvafiq səlahiyyətlərin icrasına nəzarəti yerli büdcənin və sosial-iqtisadi, ekoloji inkişaf proqramlarınının icrası haqqında hesabatları dinləmə ilə həyata keçirir. Bələdiyyələrin konkret səlahiyyətləri carı və müəyyən məsələlərin həllinə yönələrək, ümumi səlahiyyətlərin icrasını təmin edir.
Yerli özünüidarə orqanlarının səlahiyyətlərini müıyyənləşdirən prinsiplər 15 oktyabr 1985-ci il tarixli “Yerli özünüidarə haqqında “ Avropa Xartiyasının 4-cü maddəsində əks olunmuşdur:
1) Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyənləşdirilir. Bu qayda əsasında yerli özünüidarə orqanlarına ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.
2) Yerli özünüidarə orqanları öz səlahiyyətləri daxilində və digər hakimiyyət orqanının səlahiyyətinə aid olmayan istənilən məsələ üzrə öz təşəbbüsünü həyata keçirməkdə qanun çərçivəsində tam sərbəst hərəkət etmək hüququna malikdir.
3 ) Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq , vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birini digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini , habelə qənaət və səmərə tələblərini nəzərə almaqla həyata keçirilməlidir.
4) Yerli özünüidarə orqanlarına həvalə edilmiş səlahiyyətlər bir qayda olaraq tam və müstəsna xarakterli olmalıdır. Bu səlahiyyətlər yalnız müvafiq qanun çərçıvəsində digər hakimiyyət ( mərkəzi və regional ) orqanlar tərəfindən müzakirə edilə və ya məhdudlaşdırıla bilər.
5) Yerli özünüidarə orqanları mərkəzi və regional orqanların həvalə etdiyi səlahiyyətləri həyata keçirərkən mümkün qədər onların yerli şəraitə uyğunlaşdırmasında sərbəst olmalıdır.
“Yerli özünüidarə haqqında “ Avropa Xartiyasının qeyd olunan prinsipləri Azərbaycan Respublikasının bələdiyyə qanunvericiliyində öz əksini tapmışdır.
Yerli özünüidarə orqanlarının icrasında müstəqilliyi yerli özünüidarənin məhkəmə müdafıəsi hüququ ilə təmin olunur. “ Bələdiyyələrin statusu haqqında “ Azərbaycan Respublikası Qanunu dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsini qadağan edir ( maddə 14 ) .
Yerli özünüidarə orqanlarının və onun vəzifəli şəxslərinin səlahiyyətləri və səlahiyyət müddəti bələdiyyə nizamnaməsində göstərilir.
Yerli özünüidarə orqanlarının səlahiyyətləri 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 144-cü madəsində göstərilmişdir:
1) Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması , qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ;
2) Bələdiyyə reqlamentinin təsdiq edilməsi ;
3) Bələdiyyə sədrinin və onun müavinlərini, daimi və başqa komissiyaların seçilməsi ;
4) Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi ;
5) Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi ;
6) Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərancam ;
7) Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ;
8) Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi ;
9) Yerli ekoloji proqramların qəbul və icra edilməsi .
Bələdiyyənin nümayəndəli orqanının qeyd olunan səlahiyyətlərlə yanaşı bələdiyyə nizamnaməsini qəbul etmək hüququna imkan verilir.
Bələdiyyənin nümayəndəli orqanı qanun üzrə digər səlahiyyətlərə də malikdir :
bələdiyyənin öz təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında yerli rəy sorğusunun
keçirilməsi haqqında qərar qəbul etmək hüququ ;
- bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydası və şərtlərini müəyyənləşdirmək hüququ ;
- yerli vergi və ödənişlərin ödənilməsi üzrə güzəştləri müəyyənləşdirmək hüququ ;
- Azərbaycan Respublikası qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yaratmaq hüququ .
Yerli özünüidarənin nümayəndəli orqanlarının səlahiyyətlərinin konkret həddi Azərbaycan Respublikası qanunlarına uyğun olaraq bələdiyyə nizamnamələri və reqlamentində dəqiqləşdirilir.
“ Bələdiyyələrin statusu haqqında “ Azərbaycan Respublikası Qanunu bələdiyyələrin digər orqanlarının səlahiyyətləri ilə bağlı məsələ açıqlanmamışdır. Bələdiyyənin digər orqanları ( bələdiyyənin icra orqanı və onun struktur bölmələri ) bələdiyyələr tərəfindən müstəqil surətdə formalaşdırılır. Bələdiyyə nizamnaməsi bələdiyyənin digər orqanlarının səlahiyyətlərini müəyyənləşdirir. Yerli özünüidarənin ayrı-ayri orqanlarının səlahiyyətləri sahəsi qanunvericilikdə nəzərdə tutulur. Qanunvericilik bələdiyyələrin müəyyən edilmiş qaydalara zidd olmayan səlahiyyətlərə malik olmasını, istisna olmayan səlahiyyətlərə malik olmasını istisna etmir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu bələdiyyə qurluşunun inkişaf planlarının qəbulu və icra edilməsini yerli özünüidarənin nümayəndəki orqanının müstəsna səlahiyyətinə aid edir. Yerli özünüidarə orqanları öz səlahiyyətləri çərçivəsində bələdiyyə quruluşunun sosial-iqtisadi inkişafı ilə bağlı kompleks proqramları qəbul edərək , onları təcrübi cəhətdən həyata keçirir. Bələdiyyənin qəbul etdiyi proqram məqsədli xarakter daşıya bilər.
Yerli özünüidarəni həyata keçirən bələdiyyələrin səlahiyyətlərini ümumiləşdirilmiş şəkildə aşağıdakı sxemdəki kimi göstərmək olar :